Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan və İran arasında 10 sənəd imzalanacaq

 

 

 

     İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri zamanı iki ölkə arasında 10 sənəd imzalanacaq. 

     "Xeberinfo.com": Trend-in verdiyi məlumata görə, bunu Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi bu gün Tehranda keçirdiyi mətbuat konfransında deyib.

     M.Vaezi bildirib ki, noyabrın 6-da Bakıya iki günlük səfər edəcək və Prezident H.Ruhaninin səfəri zamanı Azərbaycan və İran arasında imzalanacaq 10 sənədin razılaşdırılması haqqında müzakirələr aparacaq.

    Onun sözlərinə görə, imzalanacaq sənədlər əsasən Azərbaycandan elektrik enerjisinin alışı, sərhəd çaylarından istifadə yolları, gömrük prosedurlarının sadələşdirilməsi, yükdaşıma, qaz, enerji, turizm və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsini əks etdirir.

    M.Vaezi deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfərindən sonra iki ölkə arasında əməkdaşlıq üçün yaxşı ab-hava yaranıb: “Prezident Həsən Ruhaninin səfər proqramında Azərbaycan Parlamentində çıxış, özəl və sənaye sektorunun nümayəndələri ilə görüş nəzərdə tutulub”.

    Həmsədrin sözlərinə görə, səfərdə H.Ruhanini İranın Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Gilan əyalətlərindən özəl sektor nümayəndələri müşayiət edəcəklər.

     O, qeyd edib ki, H.Ruhaninin Aəzrbaycana səfəri İranın qonşu ölkələrlə, xüsusilə Azərbaycanla əlaqələrinin inkişafı üçün ciddi və gələcəyə doğru atılmış bir addımdır.

     Qeyd edək ki, İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri noyabrın ortalarında gözlənilir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam