Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

AİB ilə Azərbaycan arasında -kredit müqaviləsi imzalanacaq

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan hökuməti ilə “İdarəçiliyin təkmilləşdirilməsi və səmərəli dövlət sektoru proqramı – Alt proqram 2” (“İmproving Governance and Public Sector Efficiency Program – Subprogram 2) üçün 250 milyon dollarlıq kredit müqaviləsi imzalamağı nəzərdə tutur.

Yenixeber.org: Bu barədə AİB-in Bakı nümayəndəliyindən deyiblər.

AİB Direktorlar Şurası 2017-ci ilin dekabr ayında “İdarəçiliyin təkmilləşdirilməsi və səmərəli dövlət sektoru proqramı” üçün 500 milyon dollar məbləğində kredit ayrılmasını təsdiqləmişdi. Bu kredit hərəsi 250 milyon dollar olmaqla iki hissəyə bölünüb. Sözügedən vəsait iqtisadiyyatın daha da şaxələnməsinə yönələn struktur islahatlarının dərinləşdirilməsi üçün bir sıra tədbirləri dəstəkləmək üçün ayrılır.

“Kreditin birinci hissəsi kredit müqaviləsi imzalanan kimi ayrılmışdı. İkinci yarısının ayrılması isə adıçəkilən islahatlara davam ediləcəyi ilə şərtləndirilir”, – hökumətdən bildiriblər.

AİB-də hökumətin dövlət maliyyəsi, dövlət şirkətləri və maliyyə sektorunda korporativ idarəçiliyi sahələrində 22 islahat tədbirinin həyata keçirdiyi qənaətindədir: “Ən mühüm tədbirlərdən biri də dövlət şirkətlərində müasir korporativ qayda və standartların tətbiqi olub”. 

Bankın nümayəndəliyindən həmin islahatların ölkə iqtiasadiyyatı üçün uzaq perspektivdəki artımı baxımdan mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

Bu gün AİB Direktorlar Şurası proqram kreditinin ikinci yarısını da ayırmaq qərarını verib. “Beləliklə, 2019-cu ilin sonunadək müvafiq kredit sazişinin imzalanması üçün zəmin hazırlanıb”, - AİB nümayəndəliyindən bildiriblər.

Qeyd edək ki, 20 illik əməkdaşlıq dövründə Asiya İnkişaf Bankı Azərbaycana dövlət və özəl sektorlarına aid 80-dən çox layihənin həyata keçirilməsi üçün kredit, zəmanət, texniki dəstək qrantları çərçivəsində 5 milyard dollara yaxın vəsait ayırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam