Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ölkəmizdə daha bir şirkət kütləvi ixtisarlar aparır

 

İxtisarlara səbəb neftin kəskin ucuzlaşması olduğu bildirilir
“Karasu Development Company”də ixtisarlar aparılır. 

"Xeberinfo.com":  Məlumata görə, bunu “APA-Economics”ə şirkətin hüquq departamentinin rəhbəri Anar Qurbanov bildirib.
A.Qurbanovun sözlərinə görə, aparılan ixtisarlar dünya bazarlarında neftin kəskin ucuzlaşması ilə əlaqədardır:“Bildiyiniz kimi, dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşıb. Bununla əlaqədar, şirkət optimallaşdırma siyasəti aparır. Müvafiq ştat strukturlarında dəyişikliklər aparılır”.
Bununla yanaşı, şirkət rəsmisi ixtisarların neçə işçiyə şamil olunduğunu deməyib.
Qeyd edək ki, Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsi qeyri-hökumət təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib ki, “Karasu Development Company” əsasən 50-59 yaşlı işçiləri ixtisar edir. “İxtisar olunanların əksəriyyəti yaxşı mütəxəssislərdir. Amma bu yaşdan sonra onlara iş tapmaq çox çətin olacaq. Şirkət rəhbərliyi ixtisarları neftin kəskin ucuzlaşması ilə əlaqələndirir”, – deyə M.Qəhrəmanlı bildirib.
Bundan başqa, hüquq müdafiəçisi bildirib ki, ixtisarlar “Karasu Development Company”nin daxil olduğu “Global Energy Azerbaijan Group”un digər strukturlarında da aparılır.
Qeyd edək ki, “Karasu Development Company”nin təxminən 500 işçisi var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam