Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Neftlə bağlı bədbin proqnoz

 

Britaniya-Honkonq bank qrupu HSBC-in Direktorlar Şurasının sədri Douglas Flint Davos İqtisadi Forumunda maraqlı açıqlamalar verib

"Xeberinfo.com":  Məlumata görə, o, deyib ki, ötən ildə bankların stress-test sınaqlarında neftin qiymətinin 50 dollaracan düşəcəyi nəzərdə tutulmurdu. İqtisadiyyatda elə şeylər olacaq ki, biz indi bunları görmürük.
Onun sözlərinə görə, görünməmiş vəziyyətlərdən çıxmağın yolu bankların kifayət qədər kapital ehtiyatıdır.
İsveçrənin dağ kurort şəhəri olan Davosda açılan Dünya İqtisadi Forumunda dünyanın 2500 siyasi və biznes lideri, ictimai xadimlər, iqtisadi, siyasi ekspertlər iştirak edirlər.
Dörd gün davam edəcək Foruma Azərbaycan prezidenti İlham Əliyev, Ukrayna prezidenti Pyotr Proşenko, Fransa prezidenti Fransua Oland, ABŞ dövlət katibi Con Kerri, Almaniya kansleri Angela Merkel və digər ölkələrin liderləri qatılıblar.
Fransanın "Total" şirkətinin rəhbəri Patrik Pouyanne deyib ki, neftin indiki istehsal səviyyəsini saxlamaq üçün nəhəng investisiyalar lazımdır: "2030-cu ilə kimi neft istehsalının yarısı yoxa çıxacaq. Bu isə sutkada 50 milyon barrel deməkdir. Biz neft istehsalına böyük sərmayə qoymalıyıq. Dünyaya daha çox enerji lazımdır. Yaxın 20 ildə hər il enerji istehsalı 1 faiz artmalıdır."
Onun ehtimalına görə, atom enerjisi də inkişaf edəcək. Ancaq yaxın 20 ildə neft və qaz həlledici rol oynayacaq.
Davosda iqlim probleminə də toxunulub. ABŞ-ın keçmiş vitse-prezidenti Albert Qor və müğənni Pharrel Williams elan ediblər ki, bu il iyunun 18-də yeddi qitədə Canlı Yer Musiqisi tədbiri keçiriləcək. Tədbirin məqsədi iqlim dəyişikliyinə diqqəti cəlb etməkdir. 
Ukrayna prezidenti Pyotr Poroşenko Davosda deyib ki, Ukraynada hazırda 9 min Rusiya hərbçisi və 500-dən çox Rusiya tankı və artilleriya qurğusu, zirehli texnikası var.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam