Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

“Qərbi Çıraq” platformasında - hasilat bərpa edilib

“Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağının illik iş proqramının bir hissəsi olaraq “Qərbi Çıraq” platformasında oktyabr ayının 15-dən başlayaraq aparılan profilaktik işlər başa çatıb.

Yenixeber.org: “BP-Azerbaijan” şirkətindən verilən məlumata görə, məlumatda deyilir ki, profilaktik işlər proqramında nəzərdə tutulmuş bütün işlər uğurla tamamlandıqdan sonra dünən axşam saatlarından başlayaraq platforma işə salınıb və hazırda platformada hasilat tədricən əvvəlki səviyyəyə qaldırılır.

“Qərbi Çıraq” platformasında profilaktik işlər proqramı 15 günlük planlaşdırılmışdı. Proqrama əsasən məşəl və idarəetmə sistemlərinin yeniləşdirilməsi kimi müxtəlif layihə işləri daxil idi.

Bildirilir ki, belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir: “Proqramlar müntəzəm inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının bir hissədir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam