Redaktor seçimi
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
Günün xəbəri

"BP-Azerbaijan" "Qərbi Azəri"də hasilatı dayandırır

 

"BP-Azerbaijan" yayda “Çıraq” yatağında profilaktik işlər planlaşdırır.

"Xeberinfo.com":   Məlumata görə, bunu şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell jurnalistlərə bildirib.

"Hazırda "Qərbi Azəri"dəki profilaktik işlər sona yaxınlaşır. 1-2 aydan sonra “Çıraq” yatağında profilaktik işlər planlaşdırırıq”- deyə o qeyd edib.

Qordon Birrell deyib ki, "Qərbi Azəri"dəki profilaktik işlər AÇG-də sutkalıq hasilat həcminə təsir edir: "Amma bu, illik proqnoza təsir etmir, çünki platformanın dayandırılması və profilaktik işlər planlı xarakter daşıyır".

ВР 21 may 2015-ci ildə "Qərbi Azəri" yatağında profilaktik, təftiş və layihə işləri ilə bağlı 22 günlüyə işləri dayandırıb.

Əvvəllər məlumat verildiyi kimi, bu ilin I rübündə “Çıraq” yatağında sutkada 54 min barrel, "Qərbi Azəri" yatağında 129 min barrel neft çıxarılıb.

2014-cü ildə AÇG blokundan 31,5 mln ton neft hasil edilib. Bu il proqnoz 30,3 mln tondur (SOCAR-ın məlumatı) ("Turan").


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam