Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bank faizləri aşağı düşür

 

Mərkəzi Bank 2015-ci il üçün əsas siyasətini əks etdirən bəyanat yayıb.

"Xeberinfo.com":  Məlumata görə, həmin bəyanatda qeyd edilir ki, qurum kredit faizlərini aşağı salmaq üçün tədbirləri davam etdirəcək. Həmin bəyanatda kredit faizlərinin son 5 ildə aşağı düşdüyü, ümumilikdə orta faiz dərəcəsinin 14,2%, kommersiya kreditləri üzrə hətta 10,8% olduğu göstərilir. AMB-də hətta iddia edirlər ki, Bakı üzrə bu göstərici 12,9 faizdir. Amma maraqlıdır ki, rəqəmlərə baxmayaraq əhali banklardan kreditləri orta faiz dərəcəsi ilə deyil 30-35%-lik kredit şərtləri ilə alır. 

Dövlət başçısı bu kimi şərtləri nəzərə alaraq “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Qanununun tətbiqi barədə fərmanda kredit faizlərinin azaldılmasına nail olunması ilə bağlı xüsusi göstəriş verib. Ancaq AMB-nin rəsmi açıqlamaları ilə bazardakı hazırki vəziyyət üst-üstə düşmür. 
Bununla yanaşı, tənzimləyici qurum istehlak kreditlərinin faizlərinin azaldılması ilə bağlı isə ümumiyyətlə hər hansı rəsmi rəqəm açıqlamır. Mərkəzi Bankın bəyanatında istehlak kreditləri üzrə faiz dərəcələrinin bir çox ölkələrdəki faiz dərəcələrinə yaxın olduğu qeyd edilir. Bu isə vəziyyətdən çıxış yolu deyil.
Bank sektorundakı proseslərlə bağlı ANS PRESS-ə danışan İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev isə yaranmış vəziyyətdən nikbin danışmır. Ekspert bildirir ki, uçot dərəcələri ilə kredit faizləri arasındakı əlaqənin möhkəmlənməsi üçün banklara ucuz maliyyə vəsaitləri cəlb edilməlidir. 
Azər Mehtiyev banklar arası kreditlərin faizlərinə baxmağın zərurətini vurğulayıb: “Kredit faizlərinin aşağı salınması xeyli dərəcədə çətin proses kimi görünür. Nəzərə alsaq ki, neftin qiymətindəki azalma ilə ölkəyə daxil olan vəsaitlərin azalması müşahidə olunacaq, bu da banklaerın resurslar cəlb etməsinə mənfi təsir edəcək. Hazırki dövrdə təəssüf ki, kredit faziləri üçün yaxşı məqamlar müşahidə edilmir”. 
Türkiyədə banklar pulu illik 10,75 faizlə verir. Qonşu Gürcüstanda da bu rəqəm Türkiyə ilə demək olar ki, eynidir. Rusiyada isə 10,75 faiz təşkil edir. Ümumilikdə götürəndə bu gün keçmiş MDB ölkələri arasında ən yüksək bank faizləri Azərbaycandadır.
İqtisadçı Azər Mehtiyev kredit fazilərinin aşağı salınması ilə bağlı isə bir sıra təkliflər irəli sürüb. Onun sözlərinə görə, ölkədə kredit faizlərinin yüksək olmasının səbəbləri müəyyənləşdirilməlidir: “Azərbaycanda risklərin səviyyəsi yüksək olduğu üçün banklar yüksək faizlər qoymaqda maraqlı olurlar. Verilən kreditlərin qaytarılması prosesi zamanı yarananan risklərin də azaldılması üçün müvafiq addımlar atılmalıdır. Bu isə Mərkəzi bankdan deyil iqtisadiyyatın gəlirlərinin səviyyəsindən bilavasitə asılıdır. Bankların kredit resurslarının formalaşamasına yenidən baxmaq lazımdır. Əmanətlər, bankların cəlb etdiyi vəsait və s. məsrəflər də nəzərə alınmalıdır. AMB banklara ayrılan vəsaitlərin həcmini artırmalıdır”. 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov isə MB-nin əlində bazardakı kredit faizlərini tənzimləmək üçün kifayət qədər alət olduğunu deyir. Mütəxəssis bildirir ki, MB real kredit faizlərinin yüksəlməsində əhəmiyyətli təsirə malik olan komisiyon haqqlarının tənzimlənməsini və haqqlar üçün “qiymət tavanının” müəyyənləşdirilməsini həyata keçirməlidir: 
"Təəssüf ki, komissiyon haqqları vətəndaşları daha aşağı faizli kreditlər adı ilə cəlb etmək üçün bankların ən çox istifadə etdiyi metoddur. Banklar 500 manatlıq kredit təklif edən bank 8 faizlik komision haqqı hesablayaraq həmin vəsaiti kreditin üzərinə əlavə edirlər. Bu zaman müştəri iki sənədə qol çəkir: 540 manatlıq kreditin alınması və 40 manatlıq komisiyon haqqının ödənilməsi barədə. Amma ona 500 manat təqdim edilir. Buna baxmayaraq, kredit faizləri 500 manatdan deyil 540 manatdan hesablanır. Bu isə daha yüksək faizin ödənilməsinə səbəb olur".
İqtisadçının fikrincə AMB bank sektorunda liberallaşmanı sürətləndirliməlidir. Mütəxəssisin sözlərinə görə, bank sektoruna xarici kapitalın daxil olmasında süni baryerlər mövcuddur: "Bütün bunlar bank sektorunda rəqabətin formalaşmasına, kredit faizlərinin düşməsinə imkan vermir. Praktik olaraq, bu gün heç bir xarici bank Azərbaycanın bank sektorundan sərbəst fəaliyyət göstərmir. Bu isə təbii ki, həmin sektorda rəqabətin inkişafına imkan vermir. “Əkiz bankların” mövcudluğu hal-hazırda rəqabətin formalaşmamasının əsas səbəblərindəndir. Bank sektorundakı liberallaşma kredit faizlərinin hətta 2 dəfə aşağı düşməsinə gətirib çıxara bilər".
Sonda kredit fazilərinin bu il ərzində aşağı düşəcəyinə yalnız ümid etmək olar. Dövlət başçısının müvafiq göstərişi bizə bu ümidimizi daha da artır. Güman edirik ki, Avropa ölkəsi kimi qəbul edilən Azərbaycanda bank faizləri Avropa bankları ilə müqayisə olunacaq səviyyəyə gəlib çatacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam