Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

TANAP Türkiyəyə qaz nəql edir və Avropaya nəqlə hazırlaşır - Xoşbəxt Yusifzadə

 

Bu günə qədər Transanadolu boru kəməri ilə (TANAP) 1,9 milyard kubmetr qaz nəql olunub.

Yenixeber.org:  Bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransında "Xəzər dənizinin Ofşor yataqlarında 70 illik hasilat tarixi" sessiyasında bildirib.

SOCAR-ın birinci vitse-prezidentinin sözlərinə görə, "Şahdəniz" yatağının hesabına Azərbaycan, eləcə də qaz ölkəsi kimi ad qazanıb.

X.Yusifzadə qeyd edib: "Bu yatağın ehtiyatları 1,2 trilyon kubmetr qaz, 240 milyon ton kondensat təşkil edir".

Onun sözlərinə görə, 2006-ci ildə yataq işlənməyə başlayandan bu günə qədər "Şahdəniz"də qaz hasilatı 104 milyard kubmetrdən çox olub.

SOCAR rəsmisi vurğulayıb ki, hazırda Türkiyəyə qaz nəql edən TANAP Avropaya nəqlə hazırlaşır.

Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin bir hissəsidir.

İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.

Boru kəməri 2019-cu ilin iyununda Yunanıstan sərhədinə çatacaq. Sınaq işlərindən sonra ilin sonunadək Yunanıstana təbii qaz nəql ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam