Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Əmanət faizlərinə vergi necə hesablanır?

 

İqtisadçı ekspertdən önəmli məsləhətlər
"Xeberinfo.com":  Son günlər mənə ən çox ünvanlanan müraciətlərdən biri də banklarda yerləşdirilən əmanətlərə tətbiq edilən gəlir vergisi ilə bağlıdır. Gəlir vergisinin tətbiqi ilə bağlı güzəşt müddətinin ləğvindən 3 həftəyə yaxın zamanın keçməsinə baxmayaraq, hələ də əksər kommersiya banklarında vergilərin hesablanması ilə bağlı müştərilərin sualları düzgün və ya ümumiyyətlə, cavablandırılmır. 
Təəssüf ki, əhalinin lazımı səviyyədə məlumatlandırılmaması bəzi əmanətçilərin öz depozitlərini banklardan çəkməsinə səbəb olur. Əmanətçilərə müraciətim ondan ibarətdir ki, depozitlərinizi banklardan heç bir halda vaxtından əvvəl götürməyin və pulunuzu evlərdə deyil, banklarda saxlayın. Əslində, tətbiq edilən gəlir vergisi az və orta məbləğli depozitlərin məbləğinə ciddi təsir göstərmir. 
Bütövlükdə, əmanətlərə gəlir vergisi necə tətbiq edilir və əmanətçi nə qədər vergi ödəməlidir?
1. Gəlir vergisi depozitə deyil, əmanətə hesablanan faizə (dividendə) tətbiq edilir. Bu, o deməkdir ki, əgər bankda 10 min manat əmanətiniz varsa və həmin pula il ərzində 900 manat faiz hesablanıbsa, o zaman gəlir vergisi  heç bir halda əmanətin əsas məbləğinə tətbiq olunmur.
2. Gəlir vergisi hesablanan zaman 500 manat azaldılır və qalan məbləğə vergi tətbiq edilir. Mələsən, bankda 10 min manat depozit varsa və ona 900 manat faiz hesablanıbsa, o zaman ödənilən vergi cəmi 40 manatdır. 900 manatdan 500 manat çıxılır və qalan 400 manata 10 faiz vergi hesablanır: (900 manat-500 manat) X 0.1= 40 manat. Bu isə o deməkdir ki, hesablanmış 900 manatın 860 manatı əmanətçiyə verilir, 40 manat isə büdcəyə köçürülür. Əmanətçi öz depoziti ilə birlikdə 9 faizlik depozit faizi ilə bir il ərzində orta hesabla 10 000 manatını 10860 manata çatdıra bilər. Əgər depozit məbləği 20 min manatdırsa və bu halda hesablanmış faiz 1800 manatdır. Və o zaman 1800 manatdan yenə də 500 manat çıxılır və qalan 1300 manatın 10 faizi hesablanır. Bu zaman 1800 manat əmanət faizinin 1670 manatı əmanətçiyə verilir, 130 manatı isə büdcəyə köçürülür. 20 000 manata görə əmanətçi 21670 manat alır. 
3. Bəs, necə etmək olar ki, 20 min manatı olan əmanətçi vergi ödəməsin? Bunu üçün əmanətçı öz pulunu 5000 manatdan olmaqa, 4 bankda yerləşdirməlidir. Hər bir bankda yerləşdirilən 5000 manata görə 9 faizlə orta hesabla 450 manat dividend hesablanır. Bu isə vergidən azad olunan 500 manatdan az olduğu üçün avtomatik olaraq, vergidən azad edilir. Bununla da 20 min manat pulu olan şəxs 4 müxtəlif bankda pulunu saxlamaqla, vergi ödəməkdən azad olur.
4. Əgər əmanət bankda ötən və ya əvvəlki illərin birində yerləşdirilibsə, o zaman vergi necə hesablanır? Tutaq ki, 20 min manat iyulun 1-də bankda 1 il müddətinə yerləşdirilib. Bu zaman 9 faizlə ümumi hesablanan əmanət dividenti orta hesabla 1800 manatdır. Aylar üzrə orta divident faizi eyni olduğu üçün 1800 manat əmanətin 900 manatı 2014-cü ilin son 6 ayında, digər yarısı isə 2015-ci ilin birinci yarısında hesablanır. Bu isə o deməkdir ki, ötən il hesablanan əmanət faizləri ötən il götürülməyibsə və hətta 2015-ci ilin iyulun ilk günündə götürülsə belə, yenə də 900 manat vergiyə cəlb edilmir. Yalnız 2015-ci ildə hesablanan faizlər vergiyə cəlb ediləcək. Bu zaman 2015-ci ilin yayında əmanəti götürən zaman əmanətçinin faizi belə hesablanır: (1800-900-500) X 0.1 = 40 manat. 1800 manat dividendən 900 manat ötən il hesablanan vergisiz faiz məbləği çıxılır və daha sonra ondan vergidən azad olunan 500 manat azaldılır və qalan pulun 10 faiz vergisi hesablanır. Bu isə o deməkdir ki, bu halda 20 min manat əmanəti olan şəxs iyulun 1-də 21760 manat alacaq və cəmi 40 manat vergi ödənişi edəcək. Digər tərəfdən, həmin 20 min manat ötən ilin fevralında bankda yerləşdirilibsə və bu zaman 2015-ci ilin ilk ayları üçün hesablanan dividendin məbləği azaldılan məbləğdən az olduğu üçün əmanətçi hər hansı vergi ödəmədən pulunu alacaq.
5. Nə üçün əmanəti banklardan götürməyi məsləhət görmürəm? Əvvəlla, bankda olan depoziti götürən zaman cərimə tətbiq edilir və əksər hallarda müqavilə şərti pozulduğu üçün ya əvvəl hesablanan faizlər verilmir, ya da kifayət qədər kiçik faiz hesablanır. Bu, o deməkdir ki, ötən il bizim nümunəmizdə 20 min manat depozit yerləşdirən əmanətçi 40 manat vergi ödəməyə görə 1760 manatdan keçməli olur. Bu isə heç bir halda, başadüşülən deyil. İkincisi, depozit məbləği böyük olmayan əmanətçilər kiçik vəsait ödəyirlər. Məsələn, orta hesabla 9 faizlə 20 min manat əmanəti olan 1670 manat dividend alır və cəmi 130 manat ödəyir və ya 30 min manatı əmanət olan 2480 manat faiz alır və cəmi 220 manat vergi ödəyir. Göründüyü kimi, hətta sığortalanan məbləğ və faiz daxilində də belə, ödənilən vergi 220 manatdır. Təsəvvür edin ki, sabah sığortalanan əmanət faizləri 1 faiz aşağı salınır və o zaman sığortlanan şərtlər ilə 30 000 manata hesablan faiz 300 manat, yəni indiki halda, ödənilən vergi məbləğindən daha çox azalacaq. Ona görə də, heç də böyük olmayan vergini ödəməmək üçün pulu evdə saxlamaq başadüşülən deyil. Üçüncüsü, ödənilən məbləğ vergidir və o da dövlət büdcəsinə köçürülür. Biz xüsusən də, indiki halda, yəni büdcənin vəsaitə ehtiyacı olduğu halda, nə üçün öz dövlət büdcəmizə töhvə verməyək? Neftin satışından gəlirlərin azaldığı dövrdə büdcə daxilolmalarının artımına töhvə vermək sadəcə, alqışlanandır. Gələcəkdə, büdcə gəlirləri balanslaşdırıldıqdan sonra bu verginin ödənilməsinə yenidən güzəştin tətbiq ediləcəyi istisna edilmir. Nəzərə almaq lazımdır ki, oxşar vergi bu ildən bir sıra Avropa ölkələrində də tətbiq edilməyə başlayıb.
6. Və nəhayət... Bir daha əmanətinizi banklardan götürməyin. Əslində bu verginin tətbiqindən təxminən 50 milyon manat vəsaitin dövlət büdcəsinə cəlb edilməsi nəzərdə tutulur. Bu isə əsasən iri məbləğli depozitlərin hesabına mümkün olacaq. Deməli, varlılar daha çox vergi ödəyəcəklər. Sizlər isə əmanətinizi bir neçə bank arasında bölüşdürməklə, hətta vergi ödəməkdən belə, azad ola bilərsiniz.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam