Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“AzerGold” QSC - Finlandiya təcrübəsini nəzərdən keçirir

 

13-17 may tarixlərində “AzerGold” QSC-nin mütəxəssisləri “Transeuropean Centre Limited” şirkəti tərəfindən Finlandiyanın Helsinki şəhərində təşkil olunan seminarda iştirak ediblər.

Yenixeber.org: Tədbir çərçivəsində “AzerGold” QSC-nin təmsilçiləri geoloji kəşfiyyatın optimallaşdırılmasında istifadə olunan qabaqcıl təcrübə və innovativ texnologiyalar, kern (süxur nümunələrinin) saxlanma anbarının avtomatlaşdırılması və rəqəmsallaşdırılması, həmçinin istehsal və anbar təsərrüfatının avtomatlaşdırılması mövzularında məruzələr dinləyib.

Yokisivu mədəninin istehsal sahəsinə baş tutan səfər zamanı Cəmiyyətin mütəxəssisləri mədənin fəaliyyəti, maliyyə və iqtisadi göstəriciləri, texnoloji sxemi, habelə geoloqlar tərəfindən geniş tətbiq edilən “GEOVIA Surpac™” proqram təminatı ilə yaxından tanış olublar.

Səfər çərçivəsində nümayəndə heyətinin Loppi şəhərində yerləşən geoloji kəşfiyyat üzrə Finlandiya dövlət idarəsinin milli kern saxlanma anbarına səfəri təşkil olunub. Burada Cəmiyyətin nümayəndələri kern nümunələrinin skanlaşdırılması və analizi üzrə “Scanmobile lab” laboratoriyasının fəaliyyəti ilə tanış olub, həmçinin kern saxlanma anbarının avtomatlaşdırılması və rəqəmsalaşdırılmasının üstünlükləri, rəqəmsal texnologiyaların tətbiqi, XRF skan analizatorunun funksiya və tətbiq sahələri ətrafında geniş müzakirələr aparılıb.

Qeyd edək ki, geoloji kəşfiyyat işlərinin, istehsalat proseslərinin və digər fəaliyyət sahələrinin daha da optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə “AzerGold” QSC təcrübə mübadiləsinə böyük önəm verir. Cəmiyyətin əməkdaşları beynəlxalq tədbirlərdə iştirakı və xarici ölkələrdə yerləşən istehsalat sahələrinə səfərləri zamanı mədənçilik sahəsində mövcud təcrübələri geniş tədqiq edir, qabaqcıl texnologiyaların və innovativ yanaşmaların Azərbaycanda tətbiqi perspektivlərini araşdırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam