Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Qeydiyyatda olan vergi ödəyicilərinin sayı 1 milyonu keçib

  

Bu il mayın 1-nə olan məlumata görə, qeydiyyatda olan vergi ödəyicilərinin sayı 1 milyonu ötüb.
Yenixeber.org:  Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən bildirilib ki, bu barədə nazirliyin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov deyib.
Nazirlik rəsmisi bu göstəricinin artmasına ötən ilin sonunda qanunvericilikdə edilən dəyişikliklərin müsbət təsiri olduğunu söyləyib: "2019-cu ilin yanvar-aprel ayları ərzində qeydiyyatdan keçən vergiödəyicilərinin sayı 36 min 558 olub. Onlardan 4 min 584-ü hüquqi şəxslər, 31 min 974-ü isə fiziki şəxslərdir”.
Onun sözlərinə görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin sayında 32,4 faiz artım müşahidə edilir. Belə ki, ötən ilin yanvar-aprel aylarında 27 min 602 vergi ödəyicisi qeydiyyata alınıb. Qanunvericilikdə edilən dəyişikliklər, biznes mühitinin yaxşılaşması istiqamətində atılan addımlar vergiödəyicilərinin sayına təsir edib.
Ə.Məmmədov qeyd edib ki, bu ilin 4 ayında qeydiyyatdan keçən 4 min 427 kommersiya-hüquqi şəxsin 70,6 faizi elektron qaydada qeydiyyata alınıb. Həmin müddətdə qeydiyyatdan keçən vergi ödəyicilərinin 54,8 faizi regionların payına düşür.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam