Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Onlayn kassalara tam keçidin vaxtı açıqlandı- Azərbaycanda

 

2021-ci ilin 1 yanvar tarixinə qədər bütün ölkə üzrə onlayn nəzarət-kassa aparatlarının tətbiqi başa çatacaq.

Yenixeber.org: Məlumata görə,   bu Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət Departamentinin baş direktoru Ələkbər Məmmədov deyib.

Qeyd etdiyimiz kimi, Vergilər Nazirliyinin rəqəmsal texnologiyalardan istifadənin genişləndirilməsi sahəsində hədəflərindən biri onlayn kassa aparatlarının tətbiqidir. Hazırda nəzarət-kassa aparatlarından nazirliyin sisteminə ötürülən məlumatlar oflayn rejimdə həyata keçirilir. Bu sahədə şəffaflığın təmin olunması üçün yaxın gələcəkdə onlayn kassa aparatlarının tətbiqi planlaşdırılır. Nazirliyin informasiya sistemi ilə onlayn kassa aparatı arasında məlumat mübadiləsi onlayn rejimdə həyata keçiriləcəkdir ki, bu da sistemdə vergi ödəyicilərinin əməliyyat məlumatlarının daha dürüst olmasına və satış mühasibatlığında şəffaflığın təmin olunmasına şərait yaradacaq.

Bundan başqa, tezliklə hüquqi şəxslərin təsis sənədlərində dəyişiklikləri online rejimdə etmək mümkün olacaq, deyə Vergilər Nazirliyinin Departament rəisinümayəndəsi vurğuladı. 

Ə.Məmmədovun sözlərinə görə, hazırda bu məsələ üzərində iş aparılır.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam