Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

“Azərenerji” - yay rejiminə keçir

“Azərenerji” yay rejiminə keçir
“Elektrik stansiyalarında qüsurlu avadanlıqların dəyişdirilməsi, temperaturun yüksəlməsi ilə bağlı avadanlıqlarda yarana biləcək çatışmazlıqların vaxtında aradan qaldırılması, yay rejimi üçün maksimum güc rejiminin hazırlanması qarşıya xüsusi tapşırıq olaraq qoyulub”. 
Yenixeber.org:  “Azərenerji” ASC-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, qurum elektrik enerjisinə tələbatın artması ilə əlaqədar yay rejiminə keçib: “Yay aylarında turizm, o cümlədən əyləncə obyektlərinin intensiv fəaliyyəti, su, dondurma və başqa aparatların, iritutumlu soyuducuların, mənzillərdə və obyektlərdə kondisionerlərin fasiləsiz fəaliyyəti, həmçinin başqa amillər enerjisistemin bütün fəsillərlə müqayisədə ifrat dərəcədə yüklənməsinə səbəb olur. Ötən ilin iyul ayında enerjisistemdə baş verən qəzanın təkrarlanma ehtimalının aradan qaldırılması üçün “Azərenerji”nin rəhbərliyi indidən qabaqlayıcı və kompleks tədbirlər görür. 
Belə ki, elektrik stansiyalarında qüsurlu avadanlıqların dəyişdirilməsi, temperaturun yüksəlməsi ilə bağlı avadanlıqlarda yarana biləcək çatışmazlıqların vaxtında aradan qaldırılması, yay rejimi üçün maksimum güc rejiminin hazırlanması qarşıya xüsusi tapşırıq olaraq qoyulub. Eyni zamanda, yüksəkgərginlikli ötürmə xətlərində, o cümlədən yarımstansiyalarda təmir və yoxlama işlərinin aparılması, hava xətlərinin mühafizə zonasında baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması üçün xətlərin qoruq zonalarında xüsusi tədbirlərin həyata keçirilməsinə göstəriş verilib. Enerjisistemin idarəolunması işini qüsursuz həyata keçirmək üçün xarici mütəxəssislərin dəvət edilməsi, baş verə biləcək hər hansı qəza hallarında əks-qəza və sistem avtomatikasının işinə “Azərişıq” ASC ilə birgə baxılmasının təmin edilməsi də qarşıya məqsəd qoyulub”. 
Xatırladaq ki, 2018-ci il iyulun 2-də “Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) baş verən qəza nəticəsində ölkə üzrə elektrik enerjisinin verilişində fasilə yaranmışdı. Hökumətdəki mənbələrə istinadən verilən məlumata görə, baş verən qəza nəticəsində ölkə iqtisadiyyatına 500 mln. manata yaxın ziyan dəyib. (Report )

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam