Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

«Avtobuslarda gediş haqqı artırılmalıdır»

 

 

     "Xeberinfo.com": İqtisadi ekspert Razi Abasbəylinin fikirincə, son zamanlar müzakirə edilən avtobuslarda gediş haqqı artımları həyata keçirilməlidir. Ekpsert hesab edir ki, bu sahədə islahatların həyata keçirilməsi üçün bunu mütləq etmək lazımdır. R.Abasbəyli açıqlamasında fikrini belə əsaslandırdı:

   - Bakı şəhərində daxili sərnişindaşınmada gediş haqqı artırılmalıdır. Faktiki olaraq bu gün metro üzrə sərnişindaşınma ilə yerüstü nəqliyyatdakı tariflər arasında fərq yoxdur. Hansı ki, avtobuslarla sərnişindaşınma üçün dövlət tərəfindən sahibkarlara heç bir dəstək göstərilmir. Metro üçün isə dövlət tərəfindən dotasiyalar var. Azərbaycanda benzin və dizel yanacağının qiymətinin bu ilin fevral ayının 14-də bahalaşmasından sonra nəqliyyatda gediş haqqı dəyişməyib. Hökumət inzibati yollarla sahibkarlara təzyiq edərək gediş haqqını artırılmasına imkan verməyib. Hansı ki, bu ilin 9 ayı üzrə infilyasiya göstəricilərində 7 faizə qədər artım baş verib. Sərnişindaşınma üzrə əhalinin şikayətləri isə gündən günə artır. Bu sahədə keyfiyyət hər gün pisləşir. Düşünürəm ki, hökumət gələn ildən yerüstü nəqliyyatda sərnişindaşınma üzrə qiymətlərin artırılmasına dair qərar qəbul etməlidir. Qiymət artımı da bu sahədə kardinal islahatların aparılmasına yönəlməlidir. Metro ilə avtobuslar üzrə sərnişindaşınmanın qiymətlərində fərq mütləq olmalıdır ki, bu sahədə sərnişin sıxlığını da azaltmaq mümkün olsun»


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam