Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Gediş haqqı artırıldı, narazılıqlar başladı:Naxçıvanda (FOTOLAR)

Gediş haqqı artırıldı, narazılıqlar başladı:

 

Yenixeber.org: Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Naxçıvanın şəhərdaxili marşrutlarında gediş haqqı artırılaraq 30 qəpik olub.

"Qaynarinfo"ya daxil olan məlumata görə, bu sakinlər arasında narazılığa səbəb olub. Belə ki, marşrutların birində sərnişinlər qiymət barəsində sürücü ilə mübahisə edib və qiymət artımına görə narazılıqlarını bildiriblər. Mənbənin bildirdiyinə görə, kəndlərə gedən marşrutlarda da gediş haqqı 10 qəpik artırılıb.

"Bəs deyirdiniz benzinin qiymətinin artırılması gediş haqlarına təsir etməyəcək? Belə çıxır ki, Azərbaycan təkcə Bakıdan ibarətdir", - deyə şəhər sakini deyib.

Qeyd edək ki, bir müddət öncə bununla bağlı sərnişinlərə xəbərdarlıq edilib və Naxçıvan şəhərdaxili marşrutlarında 18 iyul 2017-ci il tarixdən hər bir sərnişin üçün gediş haqqının 30 qəpik olacağı bildirilib.

Gediş haqqı artırıldı, narazılıqlar başladı:

Gediş haqqı artırıldı, narazılıqlar başladı:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam