Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Neft 80 dollara düşə bilər

 

   

                Dünya bazarında neftin qiyməti düşür

 

      "Xeberinfo.com": “Brent” markalı neft son 15 ayda ilk dəfə 100 dollardan aşağı enib (“Azerlight” markalı Azərbaycan nefti adətən “Brent” markalı neftdən 1-2 dollar baha satılır). Ekspertlər hesab edir ki, ucuzlaşma davam edəcək.
“Media forum” saytına danışan ekspert İlham Şaban deyir ki, qiymətin enməsində Amerika Birləşmiş Ştatlarının böyük rolu var: “İyul-avqust aylarında ABŞ-da neft hasilatı rekord həcmdə artıb. Son 33 ildə belə artım olmamışdı. Nəticədə ABŞ-a idxal günbəgün azaldı və son 26 ilin minimum həddinə endi. ABŞ-a yönələn neft həcmləri əsasən Avropa bazarına göndərilməyə başladı ki, bu da kəskin ucuzlaşmaya gətirdi. İyulun əvvəlində neftin qiyməti 115 dollara qədər yüksəlmişdi, indi isə 99,8 dollara qədər ucuzlaşıb və bu tendensiyanın davam edəcəyi güman olunur.
      Ötən bazar günündən ABŞ-da yay tətili mövsümü rəsmən başa çatıb, insanlar şəhərlərə qayıdıblar, bundan sonra səyahətə meylli olmayacaqlar. Deməli, benzinə tələbat minimuma enəcək və xam neft sifarişi azalacaq. Yəni mövsümi qiymət azalması baş verir, bu isə digər bazarlara təsir edir. Amerikanın qlobal bazarlara təsiri çox böyükdür.
Neftin qiymətinin iyun-iyulda 115 dollara qalxması İraqda İŞİD terrorçu qrupunun baş qaldırması ilə də bağlı idi. Məhz ABŞ Hərbi Hava Qüvvələrinin terrorçuların bazalarına zərbələrindən sonra qiymət sürətlə aşağı düşdü.
     Ancaq bir şeyi də qeyd etmək istərdim. Əslində neft hazırda real bazar qiymətinə qayıdır. 110 dollar bazar qiyməti yox, real qiymətin üzərinə qoyulan risklərin qiymətidir. Neftin real bazar qiyməti isə 80-90 dollar arasındadır. Çox güman ki, dünya buna doğru yönəlir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam