Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan nefti 48 dollara düşdü

 

ABŞ nefti Nyu-Yorkda, Brent nefti isə Londonda itkilərini tərsinə çevirib.

"Xeberinfo.com":  Məlumata görə, Fevral ayı üçün vədələşilən Qərbi Teksas növü xam nefti (WTI) 2.03 dollar artımla 48.19 dollar, Brent nefti isə 1.56 sent yüksələrək, Londondakı ICE Futures Europe Birjasında 48.13 dollar olub.

“Marja”nın məlumatına görə, “Societe Generala SA” hesab edir ki, bu vəziyyət, Səudiyyə Ərəbistanının ABŞ-ın şist nefti istehsalının artımına maneə törətmə strategiyasının işə yaradığı siqnalını verir.

Neft, ötən il təxminən 50% geriləyərək 2008-dəki maliyyə böhranından bu yana ən sərt enişini göstərib. OPEC istehsalı azaltmağı rədd edir, ABŞ isə son 30 ildən uzun bir müddətin ən böyük neft istehsalını reallaşdırır. Qərbi Teksas növü xam neft (WTI), 2013-cü ilin İyul ayından bu yana ilk dəfə Brent neftinin qiymətindən yüksək qiymətə satılır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 0,3 dollar bahalaşaraq 48,33 dollar təşkil edib.

Xatırladaq ki, 2015-ci ilin dövlər büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülüb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam