Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Əsrin müqaviləsi”nin 2050-ci ilədək uzadılması...- Qaralov

 

“Əsrin müqaviləsi”nin 2050-ci ilədək uzadılması...

 

 Bu gün Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib

 

Yenixeber.org:  Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokuror Zakir Qaralov ümummilli lider Heydər Əliyevin müəllifi olduğu strateji əhəmiyyətli milli siyasətin Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirildiyini, 2017-ci ilin ölkəmizdə dərin, köklü və nəticə verən iqtisadi islahatlar həyata keçirilməklə gələcək onilliklər üçün əsası qoyulmuş layihələrin təməlinin atılması ilə zəngin olduğunu bildirib.

Ötən il Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər sırasında ölkəmizin Davos Ümumdünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda reytinqdə daha iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşması, eyni zamanda, həmin təşkilatın ənənəvi inklüziv inkişaf indeksində ölkəmizin dünyada inkişaf edən dövlətlər arasında üçüncü yerə layiq görülməsi, “Əsrin müqaviləsi”nin müddətinin 2050-ci ilədək uzadılması, Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yolun - Bakı-Tiflis-Qars dəmir yolunun açılışı, idmançılarımızın mötəbər beynəlxalq yarışlarda yüksək nailiyyətlər əldə etməsi və digər uğurlar xüsusi vurğulanıb.

Baş prokuror işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin açılışı və Şıxarx qəsəbəsində yeni şəhərciyin salınması ilə “Böyük Qayıdış” prosesinə start verilməsinin ölkəmizin həyatında mühüm hadisə olduğunu diqqətə çatdırıb.

Azərbaycanda vətəndaş məmnunluğunun təmin edilməsində əvəzsiz rol oynayan “ASAN xidmət” mərkəzlərinin səmərəli fəaliyyətini xüsusi vurğulayan Zakir Qaralov qeyd edib ki, yarandığı gündən mərkəzlərə 20 milyona yaxın müraciət olunması, həmçinin 2019-cu ilin sonuna qədər ölkəmizdə “ASAN xidmət” mərkəzlərinin sayının 20-ə çatdırılması dövlət qulluqçusu-vətəndaş münasibətlərində dövlətin həyata keçirdiyi siyasətin mühüm təzahürüdür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam