Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Məqsədlərə nail olmaq üçün hər cür şərait var” –Baş prokuror

 

“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə islahatlar həyata keçirilib, nailiyyətlər əldə edilib”.

 

Yenixeber.org:   Bunu Azərbaycanın baş prokuroru Zakir Qaralov Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərlərinin və Ombudsmanlarının 3-cü iclasında deyib.

 

O bildirib ki,  Azərbaycanda liberallaşma, davamlı islahatlar, iqtisadiyyatın şaxələdirilməsi əsas istiqamətlərdəndir.

“Ölkəmz İslam dünyası ilə həmrəyliyi ifadə edə Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının işində fəal iştirak edir. Azərbaycan müstəqillik əldə etdikdən sonra dünya dövlətləri ilə normal münasibətlər saxlayır, iqtisadi və mədəni əlaqələr gücləndirilir. 2017-ci ilin İslam Həmrəyliyi ili elan edilməsi ilə digər müsəlman ölkələri əlaqələri genişləndirir. Müstəlliyim ilk illərində siyasi tənəzzülə uğraya ölkəmizin daxilində qeyri-sabitlik vardı. Belə ağır şəraitdə xalqın tələbi ilə hakimiyyətə Heydər Əliyev gəldi.

 

Bundan sonra Azərbaycan inkişaf etdi.  Ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirən cənab prezident  İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf etdi, insan hüquq və azadlıqları təmin edildi, iqtiadi inkişafa nail olundu. Korrupsiyaya qarşı mübarizə tədbirləri diqqət mərkəzində saxlanılır. Bu sahədə qanunvericilik tam təkmilləşdirilib, işlək mexanizm yaradılıb. Tam əminliklə demək olar ki, Azərbaycanda korrupsiyaya ilə mübarizəyə qarşı bütün şərait var”.

 

Baş prokuror bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələri arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, eləcə də qarşıya qoyulan məqsədlərə tam nail olunması üçün hər cür şərait mövcuddur. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam