Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Azərbaycan” qəzeti Bulvardakı bahalıqdan yazdı

 

 

   "Xeberinfo.com": Bakı Bulvarı haqqında çox yazılıb. Oradalı qiymətlərin baha olmasından, orta statistik azərbaycanlının cibinə uyğun gəlməməsindən dəfələrlə bəhs edilib. Yay fəsli başalayan kimi əksər media orqanlarında bu barədə geniş yazılar, reportajlar dərc olunur.

Milli Məclisin orqanı olan, iqtidarı odlu-alovlu tərifləyən “Azərbaycan” qəzeti də sonuncu sayında həm Bakı Bulvarına, həm də paytaxtın ayrı-ayrı ünvanlarında kiçik park kimi sakinlərin üzünə açılan parklardakı attraksionlardan bəhs edib. dakı

Qəzet yazır ki, Nərimanov Parkındakı attraksionda – “Korsan” adlı gəmidə 1 nəfər üçün 3 dəqiqə yellənmək 1 manatdır "Korsan"ın yaxınlığında yerləşən “Avtodrom”da isə maşınları bir-birinə vuruşdururlar. Bunun da qiyməti gəmi ilə eynidir - 3 dəqiqəsi 1 manat.

Balacalar üçün nəzərdə tutulan asma yellənçəklər isə 50 qəpikdir. Halbuki bu sayaq attraksionlar bina həyətlərində və bir çox istirahət guşələrində pulsuzdur. Parkda “7 D cinema” da fəaliyyət göstərir. Burada 5-10 dəqiqəlik film izləmək üçün 3 manat xərcləmək lazım gəlir.

Çox sadə olan belə attraksionlar üçün qiymətlər bahadır.

“Azərbaycan” reportajına belə davam edir: “Metronun Nəriman Nərimanov stansiyasının yaxınlığındakı “Metropark” ticarət və əyləncə mərkəzində də uşaqlar üçün müxtəlif attraksionlar və oyunlar yerləşir. Uşaqları ilə buraya gələnlər “Happyland”ə üz tuturlar. Buradakı oyunlara qatılmaq üçün əvvəlcədən 3 manat verib kart almaq lazımdır. Karta istənilən qədər pul yükləmək olar. Oyunların qiyməti ən azı 80 qəpik, ən çoxu 2 manatdır. Dənizkənarı bulvarda uşaqlar üçün nəzərdə tutulan karuseldən 4 dəqiqəlik istifadə etmək 2 manata başa gəlir. Burada "Battud" deyilən xüsusi qurğu da var ki, uşaqlar oturacaqlara bağlanılır və rezindən olan kəndir və döşəyin köməyi ilə atılıb-düşürlər. Beş dəqiqəlik bir biletin qiyməti isə nə az, nə çox, düz 4 manatdır. "7D cinema" bulvarda da fəaliyyət göstərir. Amma digər yerlərdən fərqli olaraq, burada 10 dəqiqəlik film izləmək üçün 5 manat xərcləməlisən. Uşaqların sevimlisi olan avtodromda isə 3 dəqiqəsi 2 manatdan maşınları bir-birinə vuruşdurmaq olar. "Şeytan çarxı"na qədər ən hündür karusel hesab olunan attraksiondan isə 8 yaşadək uşaqlar 1, böyüklər isə 2 manat ödəməklə istifadə edə bilərlər.

Parkın ərazisi böyük olduğundan bulvarı ayaqla başdan-başa gəzmək uşaqlar və yaşlılar üçün çətindir. Ona görə də bir çox insan "Şən qatar"a üz tutur. Bu qatara 12 yaşa qədər uşaqlar 1, böyüklər isə 2 manata minə bilərlər. Xatırladaq ki, bulvarın Bayraq Meydanı istiqamətində genişləndirilən hissəsində böyük velosiped meydançası yaradılıb. Velosipedlərdən ilk bir saatda istifadə 2, sonrakı saatlarda 1 manatdır. Əgər velosiped bir saatdan 5 dəqiqə gec qaytarılarsa, əlavə ilk saatın da pulu alınır”.

Göründüyü kimi ölkədəki inkişafdan ağız dolsusu danışan, hər addımbaşı hökumətə tərif yağdıran “Azərbaycan” da  Bulvardakı od tutub yanan bahalığın istisinə dözə bilməyib.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam