Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanda toxum təmizləmə məntəqələri yaradılır

Azərbaycanda toxum təmizləmə məntəqələri yaradılır

 

Ölkəni yüksək keyfiyyətli taxıl toxumu ilə təmin etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi müasir toxum təmizləmə avadanlıqları alıb.

Yenixeber.org: Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi layihəsi çərçivəsində alınmış avadanlıqlar Əkinçilik Elmi Tədqiqat İnstitutunun nəzdində toxum təmizləmə məntəqələri kimi fəaliyyət göstərəcək.

 

Saatda 2 ton toxum təmizləmə gücü olan məntəqələrə toxumun ilkin təmizləməsindən başlayaraq, çəki, ölçü və formasına görə çeşidləyən qurğular, dərmanlama aparatları, tərəzi və kisə tikən maşınlar daxildir.

 

Toxum təmizləmə məntəqələri yeni məhsuldar sortların yaradılması ilə məşğul olan Əkinçilik Elmi Tədqiqat İnstitutunun işlərində keyfiyyəti yüksəldəcək.

 

Bundan başqa, məntəqələr özəl toxum yetişdirən fermerlərə də xidmət göstərəcək. Toxum yetişdirən fermerlər öz toxumlarını bu məntəqələrə gətirməklə, yüksək keyfiyyətli təmizlənmiş toxum əldə edə biləcəklər.

 

İlk məntəqə artıq Qobustan rayonunda Əkinçilik Elmi Tədqiqat İnstitutunun Bölgə Stansiyasında quraşdırılıb. Bu tip məntəqə ölkəmizdə ilk dəfə quraşdırılır. Buna görə də istehsalçı firmanın mütəxəssisləri Əkinçilik Elmi Tədqiqat İnstitutunun əməkdaşlarını, eləcə də özəl toxumçuları avadanlıqlarla tanış etmək üçün sentyabrın 14-də Qobustanda seminar keçiriblər.

 

Qeyd edək ki, ölkənin müxtəlif bölgələrində 6 belə məntəqə açılıb.

 Metbuat.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam