Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ-ın maliyyə nazirindən BVF-ya çağırış:"Üzv ölkələrin valyuta siyasəti araşdırılsın"

ABŞ-ın maliyyə naziri Stiven Manuçin Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqardla telefon danışığı zamanı ona, öz səlahiyyətlərindən istifadə edərək Fonda üzv olan ölkələrin valyuta siyasətlərini yoxlamağa çağırıb.

Xeberinfo.com:  Bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ Prezidenti Administrasiyası başda Çin olmaqla, Avropa İttifaqı və Yaponiyanı öz valyutalarını bilərəkdən ucuzlaşdırmaqda və bununla da ABŞ bazarında qeyri-ədalətli rəqabət üstünlüyünə cəhd etməkdə ittiham edib.

Xatırladaq ki, hazırda 189 ölkə BVF-nun üzvüdür. Azərbaycanın Fondda kvotası 391,7 mln. SDR (Special Drawing Rights) və ya 0,08% təşkil edir. Ən çox kvotaya isə 17,46%-lə ABŞ sahibdir.

SDR - dollar (41,73%), avro (30,93%), yuan (10,92%), yen (8,33%) və funt sterlinqdən (8,09%) ibarət olan xüsusi ehtiyat ödəniş vasitəsidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam