Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Beynəlxalq Valyuta Fondunun sədri həbs oluna bilər –400 milyonluq ittiham

bvf-prezident

 

 

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard vəzifə səhlənkarlığında, dövlət vəsaitlərindən yanlış istifadədə ittiham olunur.

Xeberinfo.com:  «The Guardian»ın məlumatına görə, Laqard Fransanın maliyyə naziri işlədiyi dövrdə (2007-2011) biznesmen Bernar Tapiyə dövlət büdcəsindən 400 milyon avro ayırıb. Və bu maliyyə ayırmasını əsaslandırmayıb.

90cı illərin əvvəllərində Bernar Tapi «Adidas» firmasındakı payını «Credit Lyonnais» bankına satandan sonra dövlətdən kompensasiya tələb etmişdi. Biznesmen iddia edirdi ki, həmin vaxt dövlətə məxsus olan bu bank onu aldadıb.

Tapi bildirmişdi ki, maliyyə strukturu öz payını dəfələrlə artıq qiymətə satıb.

Tapi ilə «Credit Lyonnais» arasında mübahisə Fransa Maliyyə Nazirliyinin nəzarətində idi. 2008-ci ildə biznesmen
Arbitraj məhkəməsi vasitəsilə dövlət büdcəsindən pulunu ala bildi.
Laqardın işi üzrə proses bu gün başlayıb və dekabrın 20-dək davam edəcək.

BVF sədrinin təqsiri sübut olunsa, onu 1 ilədək həbs cəzası və 15 min avro cərimə gözləyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam