Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Mərkəzi Bankın taktikası “qara bazarı” çiçəkləndirir" –Natiq Cəfərli

010600179663

Mərkəzi Bankın 2017-ci ildəki ilk valyuta hərracı göstərdi ki, AMB hər hərracda tələbdən dəfələrlə az valyuta çıxartmaqda israrlıdır, deyə iqtisadçı Natiq Cəfərli hesab edir.

Xeberinfo.com:   Turan-ın məlumatına görə, ekspertin fikrincə, bu addım “qara bazarı” təşviq edəcək, rəsmi məzənnə önəmini itirəcək.

N. Cəfərli qeyd edib ki, AMB-nin əsas vəzifəsi sərbəst valyuta alış-satışını bərpa etmək olmalıdır. Yoxsa qiymətlər daha sürətlə artacaq, mağazalar, apteklər getdikcə boşalacaq, olan-qalan investorlar da ölkədən qaçıb gedəcək, rəsmi məzənnə ilə real məzənnə arasında fərq böyüyəcək.

«Mərkəzi Bank 4%-lik, artıq mənasını itirmiş məzənnə marjını ləğv etməli, banklara sərbəstlik verməli, valyutadəyişmə məntəqələrinin yenidən açılmasına şərait yaratmalıdır. Başqa yol yoxdur, ölkəni məzənnə siyasətində Türkmənistana, Özbəkistana çevirmək olmaz, bu daha təhlükəlidir”, deyə N. Cəfərli hesab edir. Xatırladaq ki, 2017-ci ildəki ilk valyuta hərracında dolların məzənnəsi 1,7707-dan 1,7742 manata artıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam