Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Liberal məzənnnəyə keçirilsə manat dollara nisbətdə daha çox dəyər itirəcək” -EKSPERT


 “Beynəlxalq Bank bazara dollar satışında birbaşa iştirak etmədiyindən onun manatın məzənnəsi ilə elə bir ciddi əlaqəsi yoxdur”

 

Xeberinfo.com:   Bu fikirləri  iqtisadçı ekspert Vüqar Bayramov PİA.AZ-a açıqlamasında hazırkı durumda Azərbaycanın maliyyə bazarındakı vəziyyətə münasibət bildirərkən bildirib.
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı ölkənin ən çox problem olan bankına çevrilib. Bunun əsas səbəblərindən biri də banka kredit borcu olan bir neçə məşhur iş adamlarının həbsi ilə bağlı qərarlardır. Onlar ümumilikdə Beynəlxalq Bank vasitəsilə dövlətə 6 milyard manata qədər zərər vurublar. Yayılan məlumatlara əsasən istintaqa cəlb edilən və borcunu ödəyən sahibkarlar həbs edilmirlər. Borcu ödəməyənlər isə həbs olunur, əmlakları siyahıya alınır. 
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Elmar Məmmədov dünən sürpriz şəkildə vəzifəsindən azad edilib və o, yayılan məlumata görə hüquq mühafizə orqanları tərəfindən dindirilib. Elmar Məmmədov bu vəzifədə hazırda həbsdə olan Cahangir Hacıyevi əvəzləmişdi və onun Beynəlxalq Bankın rəhbərliyinə gətirilməsi faktiki olaraq batırılan dövlət bankını sağlamlaşdırmaq tədbirlərinin bir hissəsi idi. Lakin belə görünür ki, Elmar Məmmədov ona göstərilən etimadı doğrultmayıb. Hələlik onun nədə ittiham edildiyi məlum deyil. Bununla belə ehtimal edilir ki, Elmar Məmmədovun vəzifədən azad edilməsi və saxlanılması dollar “qara bazarı”nın geniş vüsət alması və son vaxtlar valyuta spekulyasiyasının narahatlıq doğuracaq dərəcədə artmasıdır.  
Hazırkı durumda Azərbaycanın maliyyə bazarında vəziyyəti necədir? Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramova müraciət edib.
Картинки по запросу vüqar bayramov

Vüqar Bayramov: “Mərkəzi bank indiki məqamda mərhələli məzənnə siyasətindən istifadə etməyə üstünlük verəcək”.

Ekspert hazırkı vəziyyətdə Azərbaycanın maliyyə sektorunda dollara olan tələbatın kəskin artdığını bildirir.İqtisadçı Beynəlxalq Bankla bağlı baş verənlərin manatın hazırkı məzənnəsinə elə  ciddi təsir edəcəyini düşünmür:
“Əslində Beynəlxalq Bankla bağlı baş verənlərin ilkin səbəbi müəyyənləşdirilməlidir. İlkin məlumata görə söhbət qara bazara müdaxilədən gedir.Güman olunur ki, Beynəlxalq Bank bankdakı müəyyən vəsaitin qara bazar vasitəsi ilə satışını həyata keçirib. Bu vəziyyət də  Beynəlxalq Bankın  kiçilməsinə və bank sektorunda payının azalmasına gətirib çıxaracaq. Amma konkret olaraq nəzərə alsaq ki, Beynəlxalq Bank hərracdan dollar alan banki idi. Və birbaşa bazara dollar satışında işirak edən  aparıcı banklardan deyildi. Ona görə də Beynəlxalq Bankda  baş verənlərin manatın məzənnəsini ilə elə bir ciddi əlaqəsi yoxdur. Manatın növbəti məzənnəsi Mərkəzi Bankın siyasətindən asılı olacaq. Güman olunur ki, Mərkəzi Bank indiki məqamda mövcud siyasəti-mərhələli məzənnə siyasətini davam etdirməyə üstünlük verəcək.
Azərbaycanın maliyyə bazarında dollara tələbatın artması müşahidə olunur. Xüsusilə kommersiya banklarının satışı dayandırması dolların tələbinin ödənilməsində   problem yaradır. Eyni zamanda qara bazarın genişlənməsi və qara bazar vasitəsi ilə daha çox valyutanın təklif edilməsi müşahidə olunur. Vəziyyət stabil qiymətləndirilmir. Və dollara tələbat yüksəkdir və növbəti dövrlərdə də tələbatın artacağı proqnozlaşdırılır.

Vüqar Bayramov: “Əgər dollar almaq istəyənlər çoxdursa, deməli manatın süni şəkildə ucuzlaşdırılması baş vermir”.

İqtisadçı ekspert həmçinin manatın süni şəkildə ucuzlaşdırılması iddiasını da şərh edib. Xatırladaq ki, bir neçə gün əvvəl Vergilər Nazirliyi və Gömrük Komitəsinin keçmiş əməkdaşı, iqtisadçı Qulu İbrahimli belə bir iddia irəli sürmüşdü ki, manatın ucuzlaşdırılması süni şəkildə həyata keçirilir. bunula bağlı Vüqar Bayramov PİA.AZ-a bildirib ki,  manatın süni şəkildə ucuzlaşdırılmasını düşünmür:
“Mən hesab etmirəm ki, manatın süni şəkildə ucuzlaşdırılması baş verir. Dollara tələbat yüksəkdir və ona görə də manat ucuzlaşır. Əgər dollar almaq istəyənlər çoxdursa, deməli manatın süni şəkildə ucuzlaşdırılması baş vermir. Hətta manatın bazar məzənnəsinin süni şəkildə müəyyənləşdirilməməsi siyasəti həyata keçirilir. Manatın  bazar məzənnəsi indikindən daha aşağıdır. Əgər liberal məzənnnəyə keçirilsə manat dollara nisbətən daha çox dəyər itirəcək. Əgər liberal məzənnnəyə keçirilsə manat dollara nisbətdə daha çox dəyər itirəcək. Manatın mövcud məzənnəsinin saxlanılmasına cəhd var. Nəinki onun süni şəkildə ucuzlaşdırılmasına”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam