Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Yaşayış minimumu rəsmi rəqəmlərdən iki dəfəyədək çoxdur"

qubad_ibadoqluAlternativ hesablamalara görə, oktyabr ayında yaşayış minimumunun dəyəri əmək qabiliyyətli əhali üçün 253,4 manat, pensiyaçılar üçün 199,9 manat, uşaqlar üçün 259,9 manat olub.

Xeberinfo.com:   Bu barədə iqtisad elmləri doktoru Qubad İbadoğlu facebook səhifəsində qeyd edib.

Hesablamalar göstərir ki, 1 uşaqlı ailənin aylıq yaşayışının minimum dəyəri 766,7 manat, 2 uşaqlı ailənin aylıq yaşayşının minumum dəyəri 1026,6 manat təşkil edir.

Rəsmi açıqlamalara görə, 2017-ci il yanvarın 1-dən yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən ediləcək.

Rəsmi rəqəmlərin reallığını yoxlamaq üçün İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) ekspertləri tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 182 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi” nə daxil olan ərzaq, qeyri-ərzaq və xidmətlər üzrə yaşayış minumunun dəyəri hesablanıb.

İTM ekspertlərinin Turan informasiya agentliyinin təqdim etdiyi cari ilin oktyabr ayına olan qiymətlər əsasında apardığı alternativ hesablamalara görə, yaşayış minimumunun dəyəri əmək qabiliyyətli əhali üçün 253,4 manat, pensiyaçılar üçün 199,9 manat, uşaqlar üçün 259,9 manat olub. Göründüyü kimi, ötən aya olan yaşayış minumunun gerçək dəyəri növbəti il üçün müəyyənləşdirilən rəsmi dəyərdən – əmək qabiliyyətli əhali qrupu üzrə 88,9 manat və 35,1 faiz çox, pensiyaçılar qrupu üzrə 69,7 manat və ya 34,9 faiz, uşaqlar üçün 123,3 manat və ya 47,5 faiz – çoxdur. Alternativ və rəsmi hesablamalar arasında daha böyük kənarlaşma, 2 dəfəyə yaxın fərq uşaqlar üçün yaşayış minimumun dəyərində qeydə alınıb.

Uşaqlar üçün yaşayış minumunun dəyərinin yuxarı olmasının başlıca səbəbi Azərbaycanda uşaqlar üçün qida və geyim məhsullarının baha olması ilə izah olunur.

Eyni zamanda, İTM tərəfindən aparılan gerçək hesablamalar göstərib ki, ərzaq məhsullarına yönələn xərclərin əmək qabiliyyətli əhali üçün yaşayış minimumunun dəyərində payı 58 faiz, pensiyaçılar üçün yaşayış minimumunun dəyərində payı 67 faiz, uşaqlar üçün yaşayış minimumunun dəyərində payı 61 faiz təşkil edib.

Göründüyü kimi, ərzaq xərcləri pensiyaçıların yaşayış minimumunun dəyərində daha çox paya malikdir.

Ekspert yazır ki, gözləntilər ondan ibarətdir ki, daha sürətlə artan ərzaq məhsullarının qiymətəri getdikcə yaşayış minumunun dəyərini daha da artıracaq.

İbadoğlu yekun olaraq bildirir ki, bu ilin oktyabr ayında 1 uşaqlı ailənin yaşayışının minimum dəyəri 766,7 manat, 2 uşaqlı ailənin yaşayşının minumum dəyəri 1026,6 manat təşkil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam