Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Yaşayış minimumu indikindən 2 dəfə artıq olmalıdır” -Ekspert

natiq-ceferli

“Normal indikatorlarla hesablanma aparsalar, yaşayış minimumu indikindən azı 2 dəfə artıq olmalıdır”.

Xeberinfo.com:    Hökumətin yaşayış minimumu məbləğini artırmaq barədə qərarını şərh edərkən iqtisadçı Natiq Cəfərli belə deyib.

İqtisadçı qeyd edib ki, ölkədə yaşayış minimumu hesablanma qaydaları sovet dövründən qalıb.

“İndikatorları dəyişmirlər, rəqəmlər iqtisadi deyil, siyasidir. Əgər normal indikatorlarla hesablanma aparsalar, yaşayış minimumu indikindən azı 2 dəfə artıq olmalıdır. O zaman isə ölkədə minimum pensiya, minimum əməkhaqqı da buna uyğun artırılmalıdır”, -deyə o, bildirib.

2017-ci ildə yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhalidən ötrü 164,5 manat, pensiyaçılara 130,2 manat, uşaqlar üçün isə 136,6 manat məbləğində müəyyən edilib. Yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət olan sosial normadır. Son artıma qədər, yəni başa çatmaqda olan ildə yaşayış minimumu əməkqabiliyyətli əhalidən ötrü 146, pensiyaçılara 115, uşaqlara isə 117 manat təşkil etmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam