Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Hökumətin bazar monopoliyası

terevez bazar

Dövlət şirkəti “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC kənd təsərrüfatı məhsullarının topdansatış və pərakəndə satış bazarları açacaq.

Xeberinfo.com:   Bu barədə APA-ya ASC-nin nümayəndəsi Xaliq Məmmədov məlumat verib.

X.Məmmədov deyib ki, iri şəhərlərdə mövsümi xarakterli meyvə və tərəvəzlərin daha ucuz qiymətə və çevik şəkildə əhaliyə çatdırılması ilə bağlı korporativ ticarət şəbəkəsinin qurulması planlaşdırılır.

“Səyyar satış yarmarkalarının təşkili ilə bağlı bu gün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əldə olunmuş böyük təcrübə var. Bu təcrübədən yararlanaraq daha çox yarmarkaların təşkil olunması və əhalinin ərzağa olan tələbatının normaya uyğun təmin olunması üçün ciddi iş və fəaliyyət planları var. Bu fəaliyyət planları ilə əlaqədar bütün qurumlar və dövlət təşkilatları ilə əməkdaşlıq şəraitində müzakirələr aparılır. Müzakirələrin yekununda müvafiq qərarlar qəbul ediləcək və bu bazarların yaradılması istiqamətində aparılan işlər barədə cəmiyyətə məlumat veriləcək”, – deyə X.Məmmədov bildirib.

“Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC tərəfindən kənd təsərrüfatı məhsullarının alış qiymətləri topdansatış qiymətlərindən aşağı olmayacaq. Bunu isə Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İlham Bayramov bildirib.

“Məhsulların qiymətləri 3 aydan bir İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə təsdiq etdiyi qiymətlər əsasında formalaşacaq və “Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı” elektron portalında yerləşdiriləcək”, – deyə İ.Bayramov qeyd edib.

Onun sözlərinə görə, hər bir istehsalçı, satıcı məhsulların satış qiymətini portalda görəcək.

Dövlət bazarlarının yaradılması antiböhran tədbiri kimi qiymətləndirilsə də, əslində bu meyvə-tərəvəz bazarını monopoliyaya almaqdır. Azadliq.info-ya daxil olan məlumata görə, ölkənin Bakıdan sonra iri şəhərləri olan Gəncə və Sumqayıtda böyük əraziləri əhatə “Bazarstore” ticarət şəbəkəsinin tikilməsi də bununla bağlıdır. “Bazarstore” “Azərsun” Holdinqə məxsusdur. Bu holdinq Azərbaycanda qida sənayesini faktiki inhisara alıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam