Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İcra Hakimiyyəti Nazirlər Kabinetinin qaydalarını belə pozur -FAKT

Sumqayıt İcra Hakimiyyəti Nazirlər Kabinetinin qaydalarını belə pozur

 

Küçənin düz ortasında yarmarka…

Xeberinfo.com:    Ötən ilin dekabrın 26-sından Sumqayıt şəhərində, 12-ci mikrorayonda - Dəmiryol Vağzalının yanında yarmarka açılmışdı. Şənbə-bazar günlərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkası düz  Üzeyir Hacıbəyov küçəsinin maşın yolu hissəsində fəaliyyət göstərib  və bu ətrafda yol hərəkətini məhdudlaşdırıb. Yarmarkanın həmin küçənin  Koroğlu prospekti ilə kəsişdiyi yerdə,onsuz da avtomobillərin intensiv hərəkət etdiyi yerdə olması gediş-gəlişə bir az da maneəçilik törədib.

Yarmarkanı,ona nə qədər ehtiyac olsa da, piyadalar və maşınlar üçün daha rahat  olan münasib yerdə təşkil etmək yaxşı  olardı ki,ərazidə gərginlik,basabas yaranmasın. Üstəlik yarmarka keçirilən günü bir çox avtobus marşrutları,həmçinin adi avtomobillər ərazini ,istəmədən yan keçmək, marşrutun yolunu dəyişmək məcburiyyətində qalırlar ki,bu da  həm sərnişinlər, həm piyadalar, həm də sürücülər üçün əlavə narahatçılıq yaradır.

Amma ötən ay –noyabr ayı Nazirlər Kabineti "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nda dəyişiklikləri təsdiq edib və bu dəyişikliklərə əsasən, yaşıl bazarlar və kənd təsərrüfatı yarmarkaları üçün xüsusi qaydalar müəyyən edilib.

Nazirlər Kabinetinin  yarmarkalar üçün  təsdiq etdiyi xüsusi qaydalarda  belə bir bənd var ki,harada  yarmarka keçirmək olmaz.

Həmin bənddə deyilir:

"Bu yerlərdə yarmarka keçirmək olmaz:

Yarmarkaların keçiriləcəyi ərazilər baytarlıq-fitosanitar, sanitar-epidemioloji və ekoloji nəzarət qaydaları və normalarına, yanğından mühafizə qaydalarına uyğun olmalı və əhalinin gediş-gəlişi üçün rahat yerdə olmalıdır. Mədəniyyət, idman, təhsil və səhiyyə müəssisələrinin, avtovağzal, dəmiryol və dəniz vağzallarının ərazilərində, eləcə də yolun hərəkət istiqamətində və yaşıllıq ərazilərində yarmarkaların keçirilməsi qadağan edilib.

Kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının təşkilinə və onların fəaliyyətinə ümumi nəzarəti Kənd Təsərrüfatı Nazirliyi, digər məhsullar üzrə təşkil olunan yarmarkalara isə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları həyata keçirməlidirlər".

Şəkildən,videodan da aydın görünür ki, Sumqayıt şəhərində, 12-ci mikrorayonda yerləşən yarmarka həm Dəmiryol Vağzalının yanında, yolun hərəkət istiqamətində, özü də düz  maşın yolunun ortasında,üstəlik  əhalinin gediş-gəlişi üçün narahat yerdə təşkil olunur ki, bu da qayda pozuntusudur. Əlbəttə, yarmarka üçün şəhərdə yer qıtlığı ola bilər, amma bu qanunları pozmaq üçün heç kimə bəraət qazandıra bilməz. Görəsən, niyə Sumqayıt İcra Hakimiyyəti ali dövlət orqanı olan  Nazirlər Kabinetinin qaydalarını saya salmır?

 

Qaynarinfo.Az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam