Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İlin ilk üç ayında inflyasiya -13,2 faiz

 

Bu ilin yanvar-mart aylarında əvvəlki ilin yanvar-mart aylarına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 13,2 faiz artıb. 

Yenixeber.org:  Dövlət Statistika Komitəsinə istinadən xəbərə görə, o cümlədən ərzaq məhsullarının qiymətləri 17 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 8,6 faiz artıb.

Ötən ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 74,6 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 83,3 faiz, emal sənayesi üzrə 38,3 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 58,1 faiz, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə 7,6 faiz bahalaşıb.

Bu ilin mart ayında fevral ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 6,3 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 8,7 faiz (xam neft və təbii qaz hasilatı üzrə 8,7 faiz, metal filizlərin hasilatı üzrə 5,7 faiz) ucuzlaşıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam