Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Daşınmaz əmlak ucuzlaşacaq

bina

 

Gələn il Azərbaycanda avtomobil bazarında bahalaşma, mənzil və torpaq sahələri bazarında isə ucuzlaşma gözlənilir.

Xeberinfo.com:   “Report”un analitik qrupu hesab edir ki, gömrük rüsumlarının son artımı avtomobillərə də aid ediləcək. Bundan başqa, dolların məzənnəsinin artması digər idxal olunan məhsullar kimi avtomobillərin də qiymətinə təsir edəcək.
Daşınmaz əmlakın qiymətində isə 2017-ci ildə geriləmə gözlənilir ki, bunun da əsas səbəbi əhalinin real gəlirlərinin azalması ilə bağlıdır: “Belə ki, idxal mallarının manat ekvivalentində bahalaşması, kommunal xərclərin artması əhalinin real gəlirlərini azaldır. Gələn ilin büdcəsində dövlət əsaslı investisiya qoyuluşlarının 1,14 mlrd. manat və ya 38% azalması nağd pul kütləsi ilə bərabər iqtisadi artıma da mənfi təsir edəcək. Qlobal maliyyə böhranı səbəbindən xarici investisiyaların azalması amili də gəlirlərin azalmasına ciddi təsir göstərəcək. Büdcədə həmçinin sosial müdafiə, mədəniyyət və kommunal xərclərin ümumilikdə 1 mlrd. manata yaxın azaldılması nəzərdə tutulub”.
“Sadalanan amillər əhalinin yığım səviyyəsini aşağı salacaq. Nəticədə, daşınmaz əmlak sektorunda durğunluq yaranacaq. Əgər son iki ildə daşınmaz əmlak qiymətləri əhalinin neft bumu zamanı yığımların xərclənməsi hesabına azalmırdısa, 2017-ci ildən etibarən bu tendensiyanın bitməsinin şahidi ola bilərik”, – deyə analitiklər qeyd ediblər.
“Report”un ekspertləri Azərbaycanda dolların məzənnəsinin 1,60-1,70 AZN/USD səviyyəsində qalacağı təqdirdə daşınmaz əmlak qiymətlərinin 10-15%, məzənnənin 2,00 AZN/USD-yə doğru artacağı halda isə qiymətlərin 5% düşəcəyini proqnozlaşdırırlar: “Qlobal maliyyə bazarındakı vəziyyətlə əlaqədar olaraq daşınmaz əmlak qiymətlərinin daha çox azalması, avtomobillərin isə məzənnəyə uyğun olaraq daha çox artması mümkündür”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam