Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Əmlak qiymətlər daha da düşəcək”

sheher1Azərbaycanda əhalinin real gəlirlərinin azalması fonunda əmlak qiymətlərinin sürətlə enməsi gözlənilir.

Xeberinfo.com:   Yerli analitiklər hesab edirlər ki, əmlak qiymətlərində azalma həm milli valyutada, həm də xarici valyutada baş verəcək. Manatın məzənnəsinin düşməyə davam etməsi səbəbindən yerli valyutada əmlak qiymətləri bir qədər az geriləsə də, ABŞ dolları ekvivalentində bu azalma daha kəskin olacaq.

Əmlak qiymətlərinin getdikcə azalmasına səbəb əhalinin son iki devalvasiyadan sonra pensiya və maaşlarının artmaması və ya cüzi artması nəticəsində real gəlirlərinin azalması olacaq. Bundan başqa, idxaldan asılılıq nəticəsində əhalinin gəlirlərinin böyük bir hissəsi məcburi halda idxal məhsullarının alınmasına yönəldilir və bunun qarşısının alınması demək olar ki, mümkün deyil. Dövlət xərclərinin azalması nəticəsində ölkədə pul kütləsinin daralması da əmlak qiymətlərinin tələbatın azalması səbəbindən düşməsinə səbəb olub.

Əmlak qiymətlərinin düşməsini şərtləndirən daha bir amil isə ölkədə iqtisadi fəallığın azalması səbəbindən icarə qiymətlərinin aşağı düşməsi ilə bağlıdır. Analitikləri hesab edirlər ki, paytaxtın mərkəzində manat ekvivalentində aylıq icarə haqqının hətta 65% azaldığı obyektlər mövcuddur. “Bunu, dollar ekvivalentində hesabladıqda azalmanın 80%-i keçdiyini görürük. Təbii ki, bu amil əmlak qiymətlərinin azalmasına təsir etməyə bilməz. İqtisadi artımın sürətli olduğu dövrlərdə Azərbaycanda orta icarə haqqı əmlak qiymətlərinin 0,5%-nə bərabər olub. Hazırda icarə haqlarının azalması müşahidə olunur ki, bu da əmlak qiymətlərinin azalması ilə nəticələnəcək”.

İlk növbədə 2-ci dərəcəli əhəmiyyətə malik əmlak kateqoriyasından olan obyektlərin – bağ evləri və bağ evlərinin tikintisi üçün nəzərdə tutulan torpaq sahələrinin qiymətlərinin azalacağını proqnozlaşdırır: “Çünki hər hansı orta bağ evinin aylıq xərci hazırda orta hesabla 500 manata bərabərdir. Bura, kommunal, nəqliyyat, ammortizasiya və mühafizə xərcləri daxildir. Bağ evlərinin xərclərinin böyük olduğunu diqqətə alan vətəndaş həmin bölgədə yer alan torpağı da satmağı düşünəcək. İkinci tərəfdən, gəlirləri azalan əhalinin müəyyən bir hissəsi iqtisadi artımın yüksək olduğu illərdə aldığı əmlakı satmağa başlayacağı da ehtimal edilir. Bütün sadalanan amillər onu deməyə əsas verir ki, orta müddət ərzində əmlak qiymətlərində real olaraq ciddi azalma gözlənilir”. (marja.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam