Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

SOCAR daha 400 milyon borca girmək istəyir

socar-logo“İqtisadiyyatdan kənar qalmışvəsaitlərin yenidən iqtisadiyyata qazandırılması məqsədi ilə SOCAR 500 milyon ABŞ dolları həcmində istiqraz emissiya etməyi planlaşdırır”.

Xeberinfo.com:   Bu barədə SOCAR-ın “Hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz adlı istiqrazların Emissiya Prospektində deyilir.

Sentyabrın 20-də SOCAR-ın buraxdığı 100 milyon ABŞ dolları dəyərində istiqrazlara abunə yazılışına start verilib. Şirkətin bu vəsaitlə kifayətlənməyəcəyi də aydın olub. SOCAR-ın elə həmin gün Bakı Fond Birjası (BFB) vasitəsilə açıqladığı emissiya prospektindən belə nəticə çıxır.

İqtisadiyyata və vətəndaşlara fayda

“SOCAR istiqrazı, sahibinə istiqrazı emissiya edəndən (Emitent) əvvəlcədən müəyyən edilmiş periodlarla faiz gəlirini və istiqraz müddətinin sonunda qoyduğu ilkin vəsaiti almaq hüququnu verən borc qiymətli kağızıdır.

Hal-hazırda bazar araşdırması onu göstərir ki, insanlar valyuta risklərindən qaçınaraq vəsaitlərinin əksər hissəsini ABŞ dollarında saxlayırlar. İqtisadiyyatdan kənar qalmış bu vəsaitlərin yenidən iqtisadiyyata qazandırılması məqsədi ilə SOCAR 500 milyon ABŞ dolları həcmində istiqraz emissiya etməyi planlaşdırır. SOCAR ilkin mərhələdə 100 milyon dollar həcmində istiqraz buraxacaq. Emissiyanın başlıca səbəbi aktiv dövriyyədə olmayan vəsaitlərin iqtisadiyyata cəlb edilərək həm Azərbaycanın iqtisadiyyatına, həm də vətəndaşlarına fayda yaratmaqdır”, – sənəddə belə deyilir.

Yerləşdirmə prosesində daha çox fiziki şəxslərə – adi vətəndaşlara üstünlük veriləcək. İstiqrazları yerli şirkətlər də ala bilər. Xarici investorlar illik 5 faiz gəlir vəd edən bu qiymətli kağızları Azərbaycan investorlarından yalnız ikinci bazarda ala biləcəklər. (Marja)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam