Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan daha 1 milyard dollar borclanır

Cənub Qaz Dəhlizi

“Cənub Qaz Dəhlizi” QSC beynəlxalq kapital bazarlarında əlavə avrobond buraxılışı reallaşdırılıb.

Yenixeber.org:   Turan agentliyi “Cənub Qaz Dəhlizi” QSC-yə istinadən bildirir ki, 2016-cı ilin mart ayında QSC tərəfindən 1 milyard ABŞ dolları məbləğində 7 faizlik gəlirlilik dərəcəsi (6,875 kupon faizi ilə) və 10 il ödəmə müddəti ilə istiqrazlar emissiya edildikdən sonra, 1 milyard ABŞ dolları dəyərində əlavə istiqraz buraxılışı üçün yenidən beynəlxalq kapital bazarlarına çıxıb.

İstiqrazlar Azərbaycan Respublikasının dövlət zəmanəti ilə təmin edilib. İlkin buraxılmış istiqrazların gəlirlilik dərəcəsi daxilində yeni istiqrazlar 5,8 faiz gəlirlilik dərəcəsi ilə yerləşdirilib. Əlavə emissiya 2026-cı ilə qədər buraxılmış beynəlxalq istiqrazların ümumi məbləğini 2 milyard ABŞ dollara yüksəldib, bununla da bu emissiya ölkədə hazırda mövcud olan ən iri məbləğli avrobond buraxılışı hesab olunur. Bu emissiya ötən on iki ayda “Cənub Qaz Dəhlizi” QSC tərəfindən beynəlxalq kapital bazarlarında ikinci avrobond buraxılışıdır.

Emitent tərəfindən buraxılan istiqrazların beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi üçün “Citi Bank”, “UniCredit”, “JP Morgan” banklarından ibarət sindikat səlahiyyətləndirilib. “Lazard Freres SAS” şirkəti isə Azərbaycan tərəfinin maliyyə məsləhətçisi rolunda çıxış edir. “Clifford Chance” və “Omni” hüquq şirkətləri emitentin hüquq məsləhətçisi qismində, “White & Case” və “BM Morrison Partners LLC” şirkətləri isə birgə aparıcı menecerlərin hüquq məsləhətçisi qismində çıxış edirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam