Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İstiqraz satışları bankları çökdürəcək

socar-logo

Nemət Əliyev: «ARDNŞ və Maliyyə Nazirliyinin vətəndaşlara istiqraz satması bankların vəziyyətini bir qədər qəlizləşdirəcək»

Xeberinfo.com:   SOCAR hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 100 000 ədəd faizli istiqrazı satışa çıxardığı ilə bağlı elan verib. Məcmu nominal dəyəri 100 000 000 ABŞ dolları olan istiqrazların tədavül müddəti 5 ildir və illik gəlirlik dərəcəsi 5%-dir.

SOCAR-ın istiqrazlarına abunə yazılışı 20 sentyabr – 10 oktyabr 2016-cı il tarixlərində, istiqrazların yerləşdirilməsi isə Bakı Fond Birjasında 13-14 oktyabr 2016-cı il tarixlərində keçiriləcək.

SOCAR bu addımı belə təqdim etməyə çalışır ki, o bununla gəlirlərini xalqla bölüşür. Amma öncə Maliyyə Nazirliyinin, daha sonra isə SOCAR-ın bu addımı bank sektorunun onsuz da pis olan vəziyyətini daha da ağırlaşdıracaq. Çünki nəticədə istiqrazları ala biləcək hüquqi və fiziki şəxslər banka vəsait qoymağa deyil, SOCAR-ın istiqrazlarını almağa meyillənəcək.

nemet-eliyev1

İqtisadçı Nemət Əliyev bildirdi ki, ARDNŞ-in istiqrazlarının dövriyyəyə buraxılması belə təqdim olunur ki, guya şirkət gəlirlərini əhali ilə bölüşür. Bunu kökündən və tamamilə yanlış izahat sayan N.Əliyev vurğuladı ki, məqsəd əhalini çaşdırmaq insanların gözünə kül üfürməkdir: «Əslində ARDNŞ maliyyə resurslarına olan ehtiyaclarını qarşılamaq iqtidarında deyil. Bu məqsədlə xarici investorlara edilən müraciətlər də nəticəsiz qalıb. Bu üzdən SOCAR həmin  maliyyə vəsaitlərini cəlb etməkdən ötrü yenidən Azərbaycan xalqına üz tutub. Burada məqsəd vətəndaş və şirkətlərdə olan pul vəsaitlərini əlində cəmləşdirməkdir. Həmin istiqrazlar özü də manatla deyil, dollarla buraxılıb. Bu milli valyutaya hörmətsizlikdir. Bu prosesin əsasını maliyyə nazirliyi qoydu. Onlar həm manatla, həm də dollarla dövriyyəyə istiqrazlar buraxdı. Onu da nəzərə almaq lazımdır ki, ARDNŞ-in 6 milyardan çox dövlət zəmanətli borcları var. Bunun üzərinə daha 500 milyon avro borc da gələ bilər. Çünki bu istiqamətdə xarici investorlarla danışıq aparılır. Burada ortaya sual çıxır ki, neftin qiymətlərinin 120 dollar olduğu bir zamanda ARDNŞ milyrdlarla pul qazanıb. Hanı həmin milyardlar? ARDNŞ o milyardları hara yönəldib?».

N.Əliyevin sözlərinə görə, ARDNŞ indiyə qədər şəffaflığın təmin olunması üçün ona edilən çağrışlara əməl etməyib. Şirkətdə ciddi yoxlamaların aparılmasına ehtiyac olduğunu deyən N.Əliyev vurğuladı ki, SOCAR böyük maliyyə çətinlikləri ilə üz-üzə qalıb və bu vəziyyətdən çıxmaq üçün istiqraz satışına müraciət edib: «Lüzumsuz xərclər o qədər şişib ki, onları qarşılamaq üçün məcburiyyət qarşısında qalıb əhaliyə üz tutub. ARDNŞ-in dollar istiqrazlarını satışa çıxarmaqda məqsəd məhz budur».

N.Əliyev hesab edir ki, ARDNŞ və Maliyyə Nazirliyinin vətəndaşlara istiqraz satması bankların vəziyyətini bir qədər qəlizləşdirəcək. «Bəlkə də hökumətin özü bilərəkdən belə addım atır. Çünki banklara inam tamamilə ölüb. Ona görə Azərbaycanın nisbətən gəlir gətirən şirkətlərini önə veriblər. Əhali banklarda əmanət saxlamaq istəmir. Ona görə heç olmasa əhali SOCAR kimi gəlirli şirkətlərin əli ilə vəsaitlər cəlb olunmağa çalışılır», deyə N.Əliyev vurğuladı.(Azadliq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam