Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

SOCAR İstiqrazları girov qoyularaq– İLK KREDİT GÖTÜRÜLDÜ

SOCAR İstiqrazları girov qoyularaq

 

Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR İstiqrazları ilə REPO əməliyyatı həyata keçirilib. SOCAR İstiqrazlarının marketmeykeri "PSG Kapital" şirkətinin məlumatına görə, bu, Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR İstiqrazları ilə müntəzəm REPO əməliyyatlarına start veriləndən sonra həyata keçirilən ilk REPO əməliyyatıdır

 

Yenixeber.org: Bakı Fond Birjasında (BFB) həyata keçirilən REPO əməliyyatı nəticəsində SOCAR İstiqrazının sahibi olan şəxs 1,5 milyon dollar vəsait cəlb edib. Vəsait 7 gün müddətinə, illik 3,5% dərəcəsi ilə cəlb edilib. 

Xatırladaq ki, SOCAR İstiqrazları ilə müntəzəm REPO əməliyyatlarına noyabrın əvvəlindən start verilib. SOCAR İstiqrazlarının sahibləri olan fiziki və hüquqi şəxslər REPO əməliyyatlarından istifadə edərək qısamüddətli kreditlər əldə edə bilərlər. 

Bir qayda olaraq REPO əməliyyatı bir neçə gün davam edir. SOCAR İstiqrazları ilə REPO əməliyyatları ilkin olaraq 3 və 7 günlük nəzərdə tutulub. Yəni istiqraz sahibləri REPO əməliyyatlarından istifadə etməklə 3 və 7 günlük müddətlərdə illik 3,5-3,75%-lə qısamüddətli kreditlər ala (vəsaitlər cəlb edə) biləcəklər.  

İlkin olaraq gündəlik 2 milyon dollarlıq REPO "pəncərəsi" açılıb. Bu vəsaitin 1 milyon dolları 3 günlük, 1 milyon dolar isə 7 günlük əməliyyatlar üçün nəzərdə tutulub. 

Amma müştərilərin ehtiyaclarından asılı olaraq həm REPO üçün vəsaitlərin həcmi, həm də REPO əməliyyatının müddəti dəyişə və üç ayadək uzadıla bilər. 

REPO əməliyyatlarında istənilən SOCAR İstiqrazı sahibi iştirak edə bilər. Onlar malik olduqları istiqrazları girov qoymaqla həmin istiqrazların dəyərinin 95%-i həcmində kredit götürə bilərlər. Bu əməliyyatlar xüsusilə ani likvidliyə ehtiyac yaranan hüquqi şəxslər, bank və sığorta şirkətləri üçün faydalı olacaq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam