Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

1 dollar 2 manat olacaq - TƏHLÜKƏLİ PROQNOZ

 

İqtisadçı ekspert Elxan Mikayılov deyir ki, yaxın 6 ay üçün iqtisadi proqnozlar bədbin olacaq.

"Xeberinfo.com":   Məlumata görə, ekspert bildirir ki, neftin qiymətinin indiki aşağı səviyyəsində manatın üzən məzənnə ilə tənzimlənməsinə keçid qaçılmaz olacaq:

«Bunun nəticəsində dolların manata nisbətən məzənnəsinin 1.5-2 manata qalxması realdır. Kəskin qiymət artımları və yüksək inflyasiya mümkündür. Həmçinin, əhalinin yoxsulluq səviyyəsi yüksələcək».

Elxan Mikayılov əlavə edir ki, büdcə xərclərinin azaldılması ilə dövlət investisiyalarından ciddi asılı olan tikinti sektorunun çökməsi gözləniləndir: «Nəticədə ÜDM -in artım tempinin aşağı düşməsi və bu sektorda işsizlərin kəskin artımı baş verəcək».

İşsizlik 15 faizə, yoxsulluq 20 faizə qalxa bilər

İqtisadçı ekspert baş verəcəkləri sadalayır: 

- Növbəti devalvasiya nəticəsində 10 bankın bağlanması və bunun nəticəsində zəncirvari effektlə iqtisadiyyatda ciddi problemlərin yaranması;

- Depozitlərin geri ödənilə bilməməsi, problemli kreditlərin kəskin artması;

- İqtisadi aktivliyin aşağı düşməsi, büdcə və vergi daxilolmalarının azalması nəticəsində büdcə gəlirlərinin proqnozlaşdırılan həddən də aşağı olması;

- Dövlət sektorunda ciddi ixtisarların aparılması və bu sahədə də işsizliyin səviyyəsinin artması;

- Devalvasiya nəticəsində qiymətlərin yüksəlməsi, işsizliyin artması, xaricdən pul köçürmələrinin azalması, borc öhdəliklərinin yüksəlməsi nəticəsində əhalinin gəlirlərinin azalması və nəticədə sosial durumun kəskin pisləşməsi;

- İşsizliyin səviyyəsinin 15 faizə, yoxsulluğun səviyyəsinin 15-20 faizə qalxması; 

- Tədiyyə balansında son illərdə ilk dəfə mənfi saldonun yaranması və valyuta böhranı;

- Beynəlxalq borc öhdəliklərinin yerinə yetirilməsində çətinlik və nəticədə Dövlət Neft Fondunun ehtiyat vəsaitlərinin istifadəsi.

 

Savash.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam