Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Devalvasiya xarici borcları kəskin artırıb

kredit borcuBeynəlxalq Valyuta Fondu (İMF) Azərbaycanın dövlət borcunun dayanıqlıq baxımından stres-testini keçirib.

Xeberinfo.com:   İMF-in hesabatına görə, yerli valyutanın devalvasiyası və ilkin büdcə kəsirinin artması Azərbaycanın borcunun artmasına səbəb olub. Belə ki, 2014-cü ildə borcların 80%-nin xarici valyutada olması və manatın sonrakı devalvasiyası nəticəsində Azərbaycanın borcunun ÜDM-də xüsusi çəkisi 11,2%-dən 2015-ci ildə 27,9%-ə, 2016-cı ildə isə 36,8%-ə yüksəlib.

İMF-ə görə, borcun ÜDM-də xüsusi çəkisi növbəti illərdə də yüksək qalmağa davam edəcək. Qurumun baza ssenarisi üzrə proqnozlarına görə, göstərici 2017-ci ildə 36,3%, 2018-ci ildə 35,1%, 2019-cu ildə 32%, 2020-ci ildə 29,7% və 2021-ci ildə 28,2% təşkil edəcək. İMF ortamüddətli perspektivdə qaz hasilatının artması, neft qiymətlərinin normallaşması və büdcə konsolidasiyasının sürətlənməsi fonunda ilkin büdcə kəsirinin azalmasına nail oluna biləcəyini bildirib.

İMF dövlət borcunun dayanıqlıq stres-testi çərçivəsində real ÜDM və manatın real məzənnəsində yaşana biləcək şoklar zamanı borcun ÜDM-də və gəlirlərdə xüsusi çəkisini müəyyənləşdirib. Fond stres-test zamanı 6 ssenarinin mümkünlüyünü irəli sürüb.Bunlardan birincisi, real ÜDM-in kəskin azalması halında hər 1 faiz bəndi azalma inflyasiyanın 0,25 faiz bəndi azalmasına səbəb olacaq. Nominal faizlər ÜDM-in hər 1 faiz bəndi geriləməsi zamanı 0,25 faiz bəndi artacaq. Bu ssenaridə borcun ÜDM-də xüsusi çəkisi 2018-ci ildə 70%-ə yüksələcək və 2021-ci ilə qədər bu səviyyədə qalacaq.

İkinci ssenaridə, faizlərin yüksəlməsinin borcun ÜDM-də xüsusi çəkisinə təsiri minimal qalacaq. Üçüncü ssenaridə, 2017-ci ilə qədər real məzənnənin 25% azalması halında faizlər 0,25 faiz bəndi, ÜDM 1 faiz bəndi azalacaq, borcun ÜDM-də xüsusi çəkisi isə 56%-ə yüksələcək.

Dördüncü ssenariyə əsasən, ilkin balansın kəsirinin kəskin artması (şok) ÜDM-in 2 faiz bəndi azalması, faizlərin artması, borcun ÜDM-də xüsusi çəkisinin bir qədər artması ilə nəticələnəcək.

Beşinci ssenaridə, makrofiskal şok zamanı, yəni, real iqtisadi azalma, faizlərin yüksəlməsi, manatın devalvasiyası, ilkin balansın kəsirinin eyni anda olması halında ikiqat şok effekti ilə bərabər borcun ÜDM-də xüsusi çəkisinin dayanıqlığını itirilə bilər.

Sonuncu, altıncı ssenariyə görə, bank sektorunun 10%-nin qeyri-faiz xərclərinin artım şokunu keçirməsi halında (burada valyuta məzənnəsindən yaranan xərclərin artması nəzərdə tutulur) ÜDM-in hər 1 faiz bəndi azalması zamanı faizlərin 0,25 faiz bəndi artması, ilkin balansın 2016-2017-ci illərdə pisləşməsi, borcun ÜDM-də xüsusi çəkisinin 2018-ci ildə 70%-ə yüksəlməsi baş verə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam