Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

"FED-in qəbul etdiyi qərar gözlənilən olmadı"

Mərkəzi Bank: FED-in qəbul etdiyi qərar gözlənilən olmadı

 

 

ABŞ Federal Ehtiyat Sisteminin (FED) qəbul etdiyi qərar gözlənildiyi kimi olmayıb.
Xeberinfo.com:  Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
 
AMB-nin cavabında qeyd edilir ki, bu səbəbdən dolların məzənnəsi dünya bazarlarında ciddi möhkəmlənməyib:"Digər tərəfdən isə belə qərar ölkəmizin valyuta bazarına gözlənti kimi psixoloji təsir edə bilərdi ki, bunun da iqtisadi əsası yoxdur. Belə ki, Azərbaycan Mərkəzi Bankının elan etdiyi yeni məzənnə rejiminə uyğun olaraq ABŞ dollarının manata nəzərən məzənnəsi valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır. Xarici valyuta bazarındakı tələb-təklif nisbəti isə əsasən tədiyə balansının vəziyyətindən, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmi ilə yanaşı büdcə ehtiyacları üçün neft transferlərinin satışından asılıdır. Neftin qiyməti Azərbaycanda tədiyə balansı üzrə göstəricilərin uzunmüddətli dinamikasına təsir göstərən mühüm amil olsa da son zamanlar tədiyə balansının məhsul və xidmət idxalı, qeyri-neft ixracı, birbaşa və portfel investisiyalar kimi digər mühüm komponentləri üzrə də əhəmiyyətli dəyişikliklər baş verməkdədir. Bundan başqa, ölkədə dedollarizasiya istiqamətində görülən tədbirlər də valyutaya tələbə təsir göstərən mühüm amillərdəndir. Aparılan təhlillər göstərir ki, 2015-ci ildə məzənnədə baş vermiş dəyişikliklər ölkənin tədiyə balansına tarazlaşdırıcı təsir göstərməkdədir və manatın ABŞ dollarına nisbətən məzənnəsi yeni məzənnə rejiminə adaptasiya olunmuşdur".
 
Xatırladaq ki, iki günlük iclasın ardından iyunun 15-də FED uçot dərəcəsini dəyişməyərək 0,25-0,5% səviyyəsində saxlayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam