Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan 750 milyon dollar kredit alır

dollar-hesablar-donduİyunun 22-də Asiya İnkişaf Bankının (ADB) Direktorlar Şurasında Azərbaycana növbəti kreditin ayrılması məsələsi müzakirə olunacaq.

Xeberinfo.com:   Bu barədə ADB-nin ölkə üzrə direktoru Nariman Mannapbekov məlumat verib.

Onun sözlərinə görə, təmsil etdiyi bankın Azərbaycana enerji təchizatının yaxşılaşdırılması layihəsinin icrası üçün ayırmaq istədiyi kreditin ümumi həcmi 750 mln. dollardır. İlkin mərhələdə hökumətə bunun 250 mln. dolları çatacaq: “Bu pul Bakı istisna olmaqla bütüm ölkəyə ayrılacaq. Birinci tranş hesabına yarımstansiyalar üçün avadanlıqlar – transformatorlar, paylayıcı vasitələrin alınması və quraşdırılması, eləcə də əhalinin sayğaclarla təmin edilməsi nəzərdə tutulub”.

N.Mannapbekov kreditin hansı şərtlərlə ayrılacağı barədə də danışıb: “Bu kredit ilk 5 ili güzəştli olmaqla 25 il müddətində 6 aylıq Libor + təxminən 0,4% dərəcəsi ilə ayrılacaq. Kreditləşməyə dair bütün sənədlər müqavilə bağlanandan sonra təxminən iki həftə ərzində ADB-nin saytında yerləşdiriləcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam