Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Azərbaycan kredit götürdü:500 milyon dollar

Asiya İnkişaf Bankının (Asian Development Bank, ADB) 50 illik yubileyinə təsadüf edən və “Asiyanın rifah və tərəqqisini birlikdə quraq” devizi altında 4-7 may tarixlərində Yaponiyanın Yokohama şəhərində keçirilən ADB-nin Rəhbərlər Şurasının İllik Toplantısı öz işini başa vurub.

Yenixeber.org:   Maliyyə Nazirliyinə istinadən xəbərə görə, toplantıda maliyyə naziri, bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Rəhbərlər Şurasının mayın 6-da keçirilən iclasında çıxış edən S.Şərifov prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar barədə geniş məlumat verib, neftin kəskin ucuzlaşması fonunda hökumət tərəfindən atılan qabaqlayıcı addımlar nəticəsində makroiqtisadi sabitliyin tez bir zamanda bərpa olunduğunu vurğulayıb. Nazir qeyd edib ki, aparılan kompleks struktur islahatları pul-kredit siyasəti və maliyyə sektorunun tənzimlənməsinin gücləndirilməsi ilə yanaşı iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, ixracın təşviqi, biznes mühitinin daha da yaxşılaşdırılması və investisiyaların cəlb edilməsi istiqamətlərini əhatə edir.

İllik toplantı çərçivəsində Yaponiyanın maliyyə naziri Taro Aso, ADB-nin prezidenti Takehiko Nakao, vitse-prezidentlər Vencay Jang, Divakar Qupta və digər rəsmilərlə keçirilən görüşlərdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və ölkəmizdə həyata keçirilən bir sıra layihələrə o cümlədən yol-nəqliyyat, su təchizatı, irriqasiya, elektrik enerjisinin paylanması sahəsində layihələrə bankın verdiyi dəstək yüksək qiymətləndirilib.

ADB-nin prezidenti Azərbaycanın bankın dəyərli tərəfdaşı və vacib üzvü olduğunu, gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını ifadə edib.

İllik Toplantı çərçivəsində, mayın 7-də “Cənub Qaz Dəhlizi” QSC və ADB arasında “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin dəstəklənməsi məqsədilə 500 mln. dollar məbləğində kreditin ayrılmasına dair müqavilə və Zəmanət sazişi imzalanıb.

İmzalanma mərasimində Cənub Qaz Dəhlizi layihəsinin strateji əhəmiyyəti bir daha vurğulanıb, ADB, Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı və bir sıra digər beynəlxalq maliyyə institutları tərəfindən dəstəklənən bu transmilli layihənin Avropanın enerji təhlükəsizliyi və diversifikasiyası ilə yanaşı region ölkələrinin sosial-iqtisadi inkişafında mühüm rol oynayacağı vurğulanıb, bu layihənin uğurla başa çatdırılmasında ADB-nin dəstəyinin vacibliyi qeyd edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam