Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan Dünya Bankından 500 milyon dollar kredit istədi

 

Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi üçün Dünya Bankından (DB) $500 mln. məbləğində kredit cəlb etməyi planlaşdırır.

 

Xeberinfo.com:   Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankın Bakı nümayəndəliyindən məlumat verilib.

"Azərbaycan tərəfi layihədəki payını maliyyələşdirmək üçün $500 mln. həcmində kreditin ayrılması xahişi ilə Dünya Bankına müraciət edib. Hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır”, - deyə bankın nümayəndəsi bildirib.

Onun sözlərinə görə, layihənin benefisiarı “Cənub Qaz Dəhlizi” QSC olacaq.

Nümayəndə əlavə edib ki, müraciətlə bağlı müsbət qərar qəbul edildiyi halda kredit dövlət zəmanəti ilə ayrılacaq.

"Layihənin hazırlanması, danışıqların aparılması, bankın Direktorlar Şurası tərəfindən kreditin ayrılmasının təsdiqi proseslərini 2016-cı ilin sonunadək başa çatdırmaq planlaşdırılır”, - deyə o qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam