Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bakıda kommersiya obyektlərinin qiyməti kəskin bahalaşıb

 

Bu ilin fevral ayı ərzində Bakı şəhərinin qeyri-yaşayış sahələri bazarında yanvar ayı ilə müqayisədə ümumilikdə təklif portfelini formalaşdıran 6 seqment (mağaza, yer, xidmət, ofis, zirzəmi, sənaye) üzrə aktivliyin və qiymətlərin artımı ilə yadda qalıb.

 

"xeberinfo.com" “APA-Economics”ə istinadən bildirir ki, mənzil bazarını araşdıran “MBA Consulting Group” tərəfindən aparılan monitorinqin nəticələrinə görə, bahalaşmaya əsas səbəb kimi 2011-ci ildən başlayan qiymət artımı dalğasının hələ də davam etməsini və qiymətlərin kəskin artımının öz növbəsində investorlar üçün bazarı cəlbedici etməsini göstərmək olar.
Ümumilikdə, ay ərzində ümumi satış portfelində təklifin azalması baş verib. Digər seqmentlərlə müqayisədə təklif üzrə ən çox azalma mağaza və yer seqmenti üzrə qeydə alınıb.
Hesabat dövründə daşınmaz əmlak alqı-satqı mərkəzlərinə müraciət edənlərin sayında və buna müvafiq olaraq bağlanan əqdlərin dinamikasında əvvəlki ayla müqayisədə artım qeydə alınıb. Ümumilikdə müxtəlif qəzet və elanlarda, internet səhifələrində satış məqsədi ilə reklama çıxarılan və alqı-satqı ofislərinə təklif olunan obyektlərin sayı ay ərzində 3,98% azalaraq 301 ədəddən 289 ədədə enib. Kommersiya obyektləri bazarında bağlanan əqdlərin sayı kommersiya bazarının ümumi tendensiyasına uyğun olaraq 1,77% azalaraq 113 ədəd təşkil edib.
 
Satış məqsədilə bazara təklif olunan kommersiya obyektlərinin həcmində əsas paya 65%-lə “boş yer” təyinatlı sahələr malikdir (bu tip obyektlərin təyinatı dəqiq deyil və onlar ofis, mağaza və ya xidmət təyinatı altında istifadə oluna bilərlər). Xidmət və mağaza təyinatlı yerlər isə bazarda müvafiq olaraq 17% və 15% paya sahibdirlər. Satışda olan ofis təyinatlı yerlərin sayı ümumi payın 2%-nə, qalan seqmentlər isə (zirzəmi, anbar, qaraj, sənaye və s.) bazarda payın 1%-nə malikdirlər.  
Qeyri-yaşayış obyektlərinin orta sahəsi fevral ayı üçün 196,2 kv. m təşkil edib ki, bu da öz növbəsində ötən aya nisbətən 7,39% artıb. Artıma əsas səbəb kimi əmlak bazarında ayrıca böyük sahələrə malik tikili obyektlərinin satışa təklifin artması ilə əlaqələndirmək olar. Araşdırmalar nəticəsində Bakı şəhərində  ən böyük sahə Binəqədi rayonunda boş yer qeydə alınıb, 1500 kv. m, ən az sahəyə isə Səbail rayonunda, MUM yaxınlığında 13 kv. m sahəyə malik olan yer qeydə alınıb. 
Əvvəlki aylarla müqayisədə kommersiya bazarında müşahidə edilən dinamika sözsüz ki, orta qiymətə təsirsiz ötüşməyib. Fevral ayı üçün bazarda orta satış qiyməti əvvəlki ayla müqayisədə 3,94% artaraq 4259 $/kv. m təşkil edib. Aktivliyin artması, obyektlərin satışının ekspozisiya müddətinin 1,36% azalmasına səbəb olub. Ay ərzində qeyri-yaşayış sahələri bazarında obyektlərin satış ekspozisiya müddəti 145 gün təşkil edib. 
Bu il fevral ayında qeyri-yaşayış sahələrinin alqı-satqısı qiymətlərində 6,02% artım, obyektlərin icarəsi bazarında isə 4,06% azalma müşahidə edilib. Bakı şəhəri üzrə 1 kv. m qeyri-yaşayış sahəsinin orta qiyməti (təklif üzrə) qeydə alınan 4017 $/kv. m-dən artaraq 4259 $/kv. m, icarə qiymətləri isə 21,16 $/kv. m/ay azalaraq 20,30 $/kv. m/ay təşkil edib. Fevral ayında qiymət indeksi ötən ilin müvafiq ayına nəzərən isə artıb. 
Qiymətlərin son ayda azalması II və III zonalarda müşahidə edilib. Qiymətlərin son iki ayda artması əsasən bazarın ümumi tendensiyası ilə izah olunur. Qeyri-yaşayış sahələri üzrə orta qiymət dəyişməsi seqmentlər üzrə aşağıdakı formada qeydə alınıb:
Sahələr
yan 2014
fev 2014
%
mağaza
3883
4211
8,45%
yer
3928
4086
4,02%
xidmət
4300
4458
3,67%
ofis
2342
2421
3,37%
zirzəmi
1011
1030
1,88%
sənaye
633
635
0,32%
orta qiymət
4259
4427
3,94%
 Zonalar üzrə obyektlərin icarə qiymətlərində əks dəyişikliklər qeydə alınıb. 
Zonalar
yanvar 2014
fevral 2014
artım (azalma)%
I zona
23,59
27,7
17,4%
II zona
19,87
20,42
2,8%
III zona
14,4
15,26
6,0%
IV zona
7,92
7,95
0,4%
orta qiymət
21,16
20,3
-4,06%
 İlk baxışda şəhər qiymətlərdə azalma olsa da, zonalar üzrə obyektlərin icarə qiymətlərində artım müşahidə edilib. Buna səbəb kimi isə zonalar üzrə təklif portfelində nəzərə çarpan struktur dəyişikliyinin nəticəsi kimi baxmaq olar. 
seqmentlər
yanvar, $/kv.m
fevral, $/kv.m
artım/azalma, %
mağaza
33,37
39,69
18,94
yer
21,24
22,88
7,72
xidmət
16,89
19,21
13,74
ofis
15,8
17,2
8,93
zirzəmi
5,0
5,5
10,00
sənaye
4,9
4,91
0,20

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam