Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Daşınmaz əmlak bazarında bahalaşma başladı

bina

Bakının daşınmaz əmlak bazarında 2016-cı ilin iyul ayında qiymətlər iyun ayı ilə müqayisədə 0,08 faiz artıb.

Xeberinfo.com:  Bu barədə "MBA Group" şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, uzun müddətdən sonra bu ay qiymətlərdə cüzi artım hiss olunub: "Ümumilikdə ilin əvvəli ilə müqayisədə qiymətlər 25,58 faiz, 2015-ci ilin iyul ayı ilə müqayisədə isə 29,1 faiz azalıb".

Ekspertin sözlərinə görə, daşınmaz əmlak bazarında qiymətlərin artmasına ümumilikdə kommersiya obyektləri, eləcə də mənzil və obyektlərin kirayə bazarındakı qiymət artımı təsir edib.

N.İbrahimov qeyd edib: “Kommersiya obyektləri bazarında iyul ayında qiymətlər 3,61 faiz artıb. Bu göstərici ilin əvvəli ilə müqayisədə 16,8 az, 2015-ci ilin iyul ayı ilə müqayisədə isə 20,16 faiz azdır. Mənzillərin kirayə bazarında bu ay qiymətlər 1,2, obyektlərin kirayəsi bazarında isə 7,82 faiz artıb. Bu göstəricilər ötən ilin iyul ayı ilə müqayisədə müvafiq olaraq 29,2 və 26,44 faiz azalıb".

Ekspert bildirib ki, ilkin və təkrar mənzil bazarında, eləcə də torpaq bazarında müvafiq olaraq 1,71 faiz, 2,21 faiz və 0,41 faiz azalma müşahidə olunub.

N.İbrahimov həmçinin vurğulayıb ki, yay aylarında həmişə əmlak bazarında qiymətlərdə azalma müşahidə olunur: "Düşünürəm avqustda biz bu bazarda yenidən qiymətlərdə azalma müşahidə edəcəyik. Lakin payız aylarından başlayaraq qiymətlərdə nisbi artım gözlənilir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam