Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

"Qlobal iqtisadi böhranının yeni dalğası ilə üzləşirik"

Samir Şərifov:

 

 

Xeberinfo.com:  Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, dünyada baş verən hadisələr, əsasən də qlobal iqtisadiyyatda baş verənlər onu göstərir ki, bu dalğanın mənfi təsirləri əvvəlki illərdən də ağır ola bilər: "Bildiyiniz kimi, həmin böhranın birinci dalğası 2008-2009-cu illərə təsadüf edib. O zaman neftin qiyməti təxminən 140 dollardan təxminən 47-50 dollara qədər enmişdi. Amma bu eniş qısa müddət ərzində baş verdi və çox da uzun çəkmədi.
Azərbaycan həmin sınaqdan çox az itkilərlə çıxmışdı və bunun bizim iqtisadiyyata mənfi təsirləri böyük olmamışdı. 2014-cü ilin sonlarında dünyanın enerji bazarlarında, əsasən də neft bazarlarında baş verən eniş artıq uzun müddətdir davam edir və neftin qiyməti əvvəllər heç ağla sığmayan səviyyəyə - 30 dollardan aşağı həddə enib. Bu, heç şübhəsiz ki, Azərbaycan dövlətinin gəlirlərinə də mənfi təsir göstərir.
Belə ki, ilk növbədə, valyuta gəlirlərimiz azalır. Tədiyyə balansı bizim xaricdən gələn vəsaitlə xaricə ödənilən vəsaitin saldosudur. Tədiyyə balansı bizdə həmişə müsbət olub. Yəni, Azərbaycana daha çox valyuta daxil olurdu, nəinki ölkədən çıxırdı. Hazırda, əfsuslar olsun ki, vəziyyət mənfiyə doğru dəyişməyə başlayıb. Bu da təbiidir. Çünki, valyuta daxilolmaları 4 dəfə azalıb. Amma bizim idxalla bağlı tələbatımız öz yerindədir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam