Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

“Lazımsız, lüzumsuz xərcləri azaldırıq…”

 

Dünya bazarında neftin ucuzlaşması Azərbaycana mənfi təsir edib. 

"Xeberinfo.com":  “APA-Economics”in məlumatına görə, bunu Maliyyə naziri Samir Şərifov bildirib.
Nazirin sözlərinə görə, neftin ucuzlaşması xüsusilə icmal büdcənin gəlirlərinə mənfi təsir edib: “Dünyanın enerji bazarında baş vermiş hadisələr onu göstərir ki, tələb təklifi xeyli üstələyib. Bu isə neftin ucuzlaşmasına şərait yaradır. Bu il 2014-cü il ilə müqayisədə bu il neftin orta qiyməti iki dəfəyədək azalıb. Neftin ucuzlaşması əsasən icmal büdcənin gəlirlərinə mənfi təsir edib. Dövlət büdcəsinin gəlirlərinə o qədər yüksək təsir etməyib. Yalnız Azərbaycan Dövlət Neft Şirkətinin gəlirlərinə təsir edib”.
S. Şərifov qeyd edib ki, neftin ucuzlaşması nəticə etibarilə ölkənin tədiyyə balansına, ümumi gəlirlərinə mənfi təsir göstərir.
Nazir əlavə edib ki, buna baxmayaraq, Azərbaycan hökuməti müvafiq tədbirlər görüb. “Biz təsdiq olunmuş büdcəni yüksək səmərə ilə icra etməyi planlaşdırırıq. Lazımsız, lüzumsuz xərclərə yenidən baxırıq, bu xərcləri azaldırıq və bəzi infrastruktur layihələrini növbəti ilə saxlayırıq. Yəni, gəlir və xərcləri tarazlaşdırmaq üçün xeyli imkanlarımız var. 2015-ci ilin I rübünün yekunlar göstərir ki, Azərbaycan bütün sosial vəzifələrin həyata keçirilməsini təmin edib. Başqa sözlə, əsas maliyyə vəzifələrinin yerinə yetirilməsində problem yaşanmır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam