Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

“MƏİŞƏT İST”  MMC dövlət satınalmalarında “xarüqələr” yaradır -DETALLAR

tender-manat

 

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması üzrə 1.747.611,98 manat məbləğində satınalma müqaviləsinin “Məişət İST” MMC  ilə 24.04.2025-ci ildə bağlayıb.

Yenixeber.org: Qeyd edək ki, sözügedən dövlət qurumunun müqavilə bağladığı bu şirkəti Azərbaycan ictimaiyyəti artıq yaxşı tanışdır. Belə ki, “Məişət İST” MMC dövlət satınalmalarında böyük məbləğlərdə tenderlər qazanıq, amma fəaliyyət sahəsi barədə heç bir məlumat yoxdur. İşğaldan azad olunmuş torpaqlarda fərdi yaşayış evlərinin təmiri işlərinə girişmiş bu şirkətin daha əvvəllər qazandığı tenderlərə diqqət yetirək.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yenə də “Məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması üzrə 1.802.590,42 manat məbləğində satınalma müqaviləsinin “Məişət İST” MMC  ilə 17.04.2025-ci ildə bağlayıb.

“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsi  Xocavənd rayonunun Quzumkənd kəndində fərdi yaşayış (40 ev – 7600 m2) evlərinin təmir işlərinin satın alınması üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə “MƏİŞƏT İST” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 2.658.461,92 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 16.12.2025-ci ildə dərc edilib.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti 03.05.2024-cü ildə metropolitenin inşaat xronologiyasını yaratmaq üçün bu prosedurların peşəkar video çəklişinin aparılmasının təşkili, video çarxlarının hazırlanması və rəqəmsal formatda arxivləşdirilməsi xidmətinin satınalınması üzrə 128.569,66 manat məbləğində müqavilə bağlayıb.

Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi 2024-cü il ərzində Bərdə, Ağcabədi və Tərtər rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması üzrə 8.268.094,23 manat dəyərində satınalma müqaviləsini “Məişət İST” MMC  ilə 09.01.2024-cü ildə bağlayıb.

Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi 2023-cü il ərzində Bərdə rayon ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması üzrə 3.150.430,84  manat məbləğində satınalma müqaviləsini “Məişət İST” MMC  ilə 20.02.2023-cü i ildə bağlayıb.

“Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti isə Ağdam rayonunda Ağdam Sənaye Parkında tədbirlərin təşkili ilə bağlı tərtibat işlərinin satın alınması üzrə 86.932,5 manat məbləğində müqaviləni 06.09.2021-ci ildə bağlayıb.

Bu məlumatlardan da göründüyü kimi “Məişət İST” MMC  həm tədbirlərin təşkili ilə bağlı tərtibat işləri, həm yeməklə təchizat işləri, video çəklişi işləri həm də təbliğat-izahat və təşviqat işləri həyata keçirib.

Göründüyü kimi MMC 2023-2024-cü illərdə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsindən ümumi dəyəri 11 418 524 manat dəyərində iki tender udub. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondundan isə ötən ilin aprel ayında yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması üzrə ümumi dəyəri 3 550 201 manat olan iki tender udub. Maraqlı orasıdır ki, “Məişət İST” MMC-nin apardığı təbliğat-izahat və təşviqat işləri barədə mediada heç bir məlumat yoxdu.

Daha diqqət çəkən bir məqam odur ki, Qida Təhlükəsizliyi Agentliyi 2022-ci ilin iyun ayında ictimai iaşə fəaliyyəti göstərən şirkətin qida təhlükəsizliyi qeydiyyatından imtina edib. İmtinanın səbəbi kimi sahibkarın hal-hazırda fəaliyyət göstərmədiyi qeyd edilib. Amma AQTA “Məişət İST” MMC-nin qida təhlükəsizliyi qeydiyyatından imtina etdikdən sonra 2023 və 2024-cü illərdə bu şirkət Elm və Təhsil Nazirliyinə 11,4 milyon manatlıq yemək satıb.

Mediada yer alan məlumatlarda “Məişət İST” MMC-nin adı ancaq şübhəli satınalmalarda hallanır. Açıq internet resurslarda heç bir məlumat olmayan bu şirkətin nə veb-saytı, nə də sosial şəbəkə hesabları var.

Rəsmi məlumatlarda isə “MƏİŞƏT İST”  (VÖEN: 2001554431) Məhdud Məsuliyyətli Cəmiyyətinin 17.08.2009-cu il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı cəmi 6 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, XƏTAİ RAYONU, ƏHMƏDLİ, qanuni təmsilçisi kimi isə Cəfərov Nicat İzahat oğlu qeyd olunub. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Cəfərov İzahat Məzahir oğlu olub.

Göründüyü kimi cəmi 6 manat nizamnamə kapitalı olan MMC Azərbaycanın dövlət satınalmalarında xarüqələr yaradır. Hələ daha nələr olacaq…(aktualinfo.net)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam