Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

Vüqar Behbudov Agentlik üçün bacısının ofisini icarələdi, 262 min manat ödədi - Azərbaycanda kuryoz olay

Vüqar Behbudov Agentlik üçün bacısının ofisini icarələdi, 262 min manat ödədi - Azərbaycanda kuryoz olay
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi bu il də ofis sahəsinin icarəsi ilə bağlı tenderə yekun vurub. Dövlət satınalmaları portalına əsasən, Agentlik 1 093 kv. metrlik ofis sahəsini bir illik icarəyə görə Sevinc Şəfa qızı İsgəndərovaya məxsus obyektdən götürəcək. Bu xidmətin dəyəri 262 min 320 manat təşkil edir.
Yenixeber.org: Bu, artıq üçüncü ildir ki, Agentlik eyni şəxslə eyni mahiyyətdə müqavilə bağlayır. İsgəndərovanın VÖEN-i Sumqayıt şəhərində, 2 saylı Vergilər İdarəsində qeydiyyatdadır və onun, uzun müddət şəhərdəki 51 saylı uşaq bağçasının direktoru kimi fəaliyyət göstərdiyi deyilir.
Ofisi Sosial Xidmətlər Agentliyinə icarəyə verən Sevinc İsgəndərova Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Şəfa oğlu Behbudovun bacısıdır.
Sumqayıtda doğulan Vüqar Behbudovun özü 2002-ci ildən dövlət strukturlarında – əvvəl Vergilər Nazirliyində, sonra Dövlət Sosial Müdafiə Fondunda və ƏƏSMN-də müxtəlif vəzifələrdə çalışıb. 2020-ci il iyulun 1-dən etibarən isə Sosial Xidmətlər Agentliyinə rəhbərlik edir.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bildirir ki, dövlət qulluqçusunun maddi faydaları öz qohumuna yönəltməsi ilə bağlı göstərişlərin (əmrlərin) verilməsi və təsdiqlənməsi maraqların toqquşmasına səbəb olur.
"Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində göstərilmişdir ki, dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.(7NEWS.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam