Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sabiq nazir manatla bağlı təklif verdi

 

Mərkəzi Bankın “üzən məzənnə”yə keçid etməsindən sonra manatın dollar və avro qarşısında ikinci dəfə devalvasiyaya uğraması ölkəni iqtisadi problemlərlə üz-üzə qoyub.

Xeberinfo.com:   Artıq valyutadəyişmə məntəqələrində dolların məzənnəsi 2 manata yaxınlaşmaq üzrədir. Ekspertlər deyirlər ki, indi hamının diqqəti hökumətin atacağı addımlara yönəlib.

Azərbaycanın keçmiş baş naziri olmuş Rəhim Hüseynov açıqlamasında yaranmış situasiyanı belə şərh edərkən deyib: “İndi dünyada neftin qiyməti dayanmadan düşür. Biz çalışmalıyıq ki, neftin qiyməti qalxsın. Neftdən asılı dövlətlərdənik. Neftin qiyməti qalxmasa manatın kursu belə davam edə bilməyəcək. Həmçinin, kənd təsərrüfatımız sürətlə inkişaf etməlidir. Bu sahə üzrə daha çox səy göstərmək lazımdır”.

Sabiq baş nazir vurğulayıb ki, dövlətdə təmsil olunanlar bir araya toplaşıb vəziyyətdən çıxış yolu axtarmalıdırlar: “Ölkədəki iqtisadi vəziyyət yaxşılaşmağa doğru getməlidir. Bunu həyata keçirmək üçün alternativ yollar axtarılmalıdır. Birinci növbədə, iqtisadçıların üzərinə böyük yük düşür.

Onlar təkliflər verməlidir. Həmçinin, dövlətimiz təcili tədbirlər görməlidir. Dövlət xadimləri, nazirlər bir araya toplaşıb çıxış yolu axtarmalıdır. Bu məsələdə dövlət başçısının yanında olmalıdırlar. Həmçinin, bu məsələnin həllində doğru yolla çalışmalıdırlar. Korrupsiya məsələsi ləğv edilməlidir.

Eyni zamanda, ziyalılarımız bir araya gəlib təkliflər irəli sürsələr yaxşı olar”.

Rəhim Hüseynov müxalifətin təklifləri ilə bağlı suala isə belə cavab verib: “Müxalifət barədə nəsə deyə bilmərəm. Çünki onların varlığından da, yoxluğundan da xəbərsizəm”.

Qeyd edək ki, Rəhim Hüseynov 1992-ci il may ayının ortalarından 1993-cü ilin 30 yanvarına qədər Azərbaycanın baş naziri olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam