Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qazaxda 10 manatlıq şirkətlərə iri miqyaslı vəsait köçürülür – İcra Başçısı Rəcəb Babaşovun nümayəndəsi Akif Vəliyev imza atıb –FOTOFAKT

Qazaxda 10 manatlıq şirkətlərə iri miqyaslı vəsait köçürülür – İcra Başçısı Rəcəb Babaşovun nümayəndəsi Akif Vəliyev imza atıb – FOTOFAKT

Qazax şəhərində həyata keçirilən iri maliyyəli layihələrin qalibləri yenə də nizamnamə kapitalı cəmi 10 manat olan şirkətlər olub.

Yenixeber.org: Bu dəfə Qazax Rayon İcra Hakimiyyəti başçısının Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən “AZSUR GROUP” MMC-yə şəhərdə abadlıq işlərinin aparılması üçün 677.368,18 manatlıq müqavilə verilib.

Şirkətin qanuni təmsilçisi Rəşad İmanlı Yasəf oğludur, hüquqi ünvanı isə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 21F, mənzil 21F olaraq qeyd olunub. Maraqlıdır ki, bu şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır.

Qeyd edək ki, bu, sözügedən nümayəndəliyin 10 manatlıq şirkətlə ilk işi deyil. Daha əvvəl, “GRAVITY LTD” MMC ilə Qazax şəhərində küçələrin, parkların və fasadların işıqlanması üçün elektrik materiallarının alınması məqsədilə 4.444.747 manatlıq müqavilə bağlanıb.

Bu müqavilənin icrasına 01.05.2025 tarixindən başlanılıb. “GRAVITY LTD” MMC-nin də nizamnamə kapitalı cəmi 10 manat olub, qanuni təmsilçisi isə Aqil Kərimov Rafiq oğludur.

Bu müqavilələrə imza atan qurumun rəhbəri Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Akif Vəliyev Sozalı oğludur.

Xatırladaq ki, Akif Vəliyev  toy məclislərindən birində foyedə yuxuya getməsi ilə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilmişdi.

Onun oğlu Elvin Vəliyev hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Qazax-Tovuz Regional filialının rəhbəri vəzifəsini tutur.

Bildirək ki, hər iki şirkətin cəmi kapitalının 10 manatdır .

Xatırladaq ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovdur.(32gün.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam